
“Bu, Azərbaycanın artan beynəlxalq nüfuzunu bir daha təsdiqlədi”
18 Oktyabr 20:32
18 Oktyabr 20:32
18 Oktyabr 12:10
17 Oktyabr 18:26
17 Oktyabr 16:55
Qarsda Türk Dünyasının Elmi Birliyini Gücləndirən Beynəlxalq Simpozium Keçirilib
Qəzzanın cənubunda yenidən toqquşmalar başlayıb, Netanyahu Orduya əmr verib - YENİLƏNİB-4
Ukrayna Ordusu Rusiyada neft və qaz emalı zavodlarına zərbə endirib
Oktyabrın 22-dək fasilələrlə yağış yağacaq, leysan olacaq, dolu düşəcək
Bu yaxınlarda yenə də üzv olmadığımız, amma Ermənistanın bilmirəm hansı səbəbə görə üzv olduğu Frankofoniya təşkilatı çərçivəsində də Azərbaycana qarşı çirkin bir təxribat planlaşdırılırdı. Bu təxribatın müəllifi Fransa idi və Fransa da Ermənistana indi himayədarlıq edir. Onlar bir-birinə bacı deyirlər və onların özü də mən görürəm, yoldaşlar xüsusilə bunu qeyd etdilər. Mən daha demədim ki, qardaş da deyə bilərdilər, amma nədənsə bacı deyirlər bunlar.
Prezident İlham Əliyev noyabrın 21-də Heydər Əliyev Mərkəzində Yeni Azərbaycan Partiyasının (YAP) yaradılmasının 30 illiyi münasibətilə keçirilən tədbirdə çıxışı zamanı deyib.
Dövlət başçısı bildirib:
"Orada hazırlanmış qətnamənin ilkin variantı sırf anti-Azərbaycan tezislər üzərində qurulmuşdur və həqiqətə tam zidd idi. Frankofoniya təşkilatında olan dostlarımızın, - onları biz yaxşı tanıyırıq və onlar da, sözün əsl mənasında, dostlarımızdır, - səyi nəticəsində bütün anti-Azərbaycan tezisləri oradan çıxarıldı. Fransa-Ermənistan tandemi bu imkandan da istifadə edə bilməmişdir. Yəni, bu, onu göstərir ki, bizim beynəlxalq təşkilatlardakı nüfuzumuz və beynəlxalq müstəvidə apardığımız siyasət təqdir edilir. Çünki biz hər bir işə hər zaman məsuliyyətlə yanaşırıq. Bizim sözümüzlə imzamız arasında heç bir fərq yoxdur. Biz xarici siyasət konsepsiyamızda əməkdaşlıq, dostluq prinsiplərini üstün tuturuq və imkan daxilində ehtiyacı olan ölkələrə kömək göstəririk, necə ki, COVID dövründə 80-dən çox ölkəyə humanitar və maliyyə yardımı göstərmişik. Yəni, bu, böyük məsələdir. Əlbəttə ki, beynəlxalq arenada özümüzü ləyaqətlə aparmağımız bizə əlavə hörmət qazandırdı".