“Fransa Milli Assambleyasının qətnaməsinin heç bir hüquqi qüvvəsi yoxdur” Siyasət

“Fransa Milli Assambleyasının qətnaməsinin heç bir hüquqi qüvvəsi yoxdur”

“Fransa Milli Assambleyasının qətnaməsi bizim üçün sənəd deyil, heç bir hüquqi qüvvəsi yoxdur, qəbul edildiyi andan cırılıb atılıb və istifadəyə yararsız tualet kağızıdır”. Xalqcəbhəsi.az xəbər verir ki, bunu millət vəkili Musa Qasımlı deyib. O, əlavə edib ki, belə bir kağız parçasından onu qəbul edənlər gecələr Parisin Şanze Lize küçəsində istifadə edə bilərlər: “Kağız parçası Azərbaycan ictimaiyyətində kəskin etiraz yaradır. Hər şeydən əvvəl, ona görə ki, bu kağız parçası Fransanın özünün də imzası ilə qəbul edilmiş BMT nizamnaməsinə, beynəlxalq hüquq normalarına və beynəlxalq adətlərə ziddir, onların ayaq altına atılmasıdır. Fransa qanunvericiləri həddlərini aşaraq dövlətimizin daxili işlərinə qarışmağa cürət etməyə uğursuz cəhd ediblər və kobud səhv eləyiblər. Belə bir cəhdi qətiyyətlə rədd edirik. Heç bir ölkə daxili işlərimizə qarışa bilməz. Bənzəri hərəkətlər gələcəkdə də uğursuz olacaq”.

Əli