"Terror aktının arxasında İran dövləti durur" Siyasət

"Terror aktının arxasında İran dövləti durur"

Birmənalı, bu terror aktını Tehran dövlətinin fars molla rejiminin təşkil etdiyi şübhəsizdir. "Xalq Cəbhəsi" xəbər verir ki, bunu politoloq Vüqar dadaşov Azərbaycanın İrandakı səfirliyinə edilən məlum terror aktına münasibətində deyib. Politoloq deyib ki, gizli deyil ki, Tehran dövlətinin dünyada terrorçu dövlət statusu əsaslı və təkzibedilməz faktlarla təsdiqlənib. O da bəllidir ki, terrorçu Tehran dövlətinin Azərbaycan, türk nifrəti genetik xarakterli və şüuraltı düşüncə tərzidir: "Tehran dövlətinin Şimali Azərbaycan Respublikasına qarşı yeritdiyi açıq düşmənçilik siyasəti və ölkədaxili bütün səviyyələrdə anti Azərbaycan təbliğatı sözsüz ki, Azərbaycana qarşı terror aktına gətirdi və bu terror aktının rəsmi Tehranla bağlılığını inkar etmək ağa qara deməkdir.
Son dövrdə Parisdə və ondan əvvəl isə Londonda Azərbaycan səfirliyinə edilmiş xain hücumların təşkilatçısının Tehran dövlətinin olduğu da məlum faktdır.
Tehranda Azərbaycan səfirliyinə qarşı törədilmiş terror aktını şiddətlə qınayır, qətiyyətlə lənətləyiik.
Azərbaycan dövləti və xalqı öz düşmənini yaxşı tanıyır və təbii ki, qorxaqlıq və zəiflik əlaməti olan terrorçuluq əməlinə layiqli və tutarlı cavabını verəcək.
Allahdan şəhidimizə rəhmət, yaralılara şəfa diləyirəm".
Cavid