“HƏMAS-a dəstək regionda gərginliyi artırır”
19 Dekabr 22:46
19 Dekabr 22:46
19 Dekabr 22:24
19 Dekabr 22:18
19 Dekabr 14:16
17 Mart 2023 18:06
3 528
Martın 16-da Ağdamda mina partlayışı xəbəri məni çox kədərləndirdi.
Trend-in məlumatına görə, bu barədə Avropa İttifaqının (Aİ) Azərbaycandakı nümayəndəliyinin rəhbəri Peter Mixalko tvitterdə yazıb.
"Həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verirəm. Aİ minalardan təmizləmə işlərində Azərbaycana dəstəyini davam etdirəcək", - deyə o əlavə edib.
Qeyd edək ki, Ağdam rayonunun Yusifcanlı kəndinin iki dinc sakini mina partlayışı nəticəsində həlak olub. 1999-cu il təvəllüdlü Həsənov İsrail İbrahim oğlu, 1987-ci il təvəllüdlü Həsənov Amid Hüseyn oğlu heyvan otararkən minaya düşüblər.
13:27
833
20 Dekabr 11:26
1 631
19 Dekabr 18:44
1 897