Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_d/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_c/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_2/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_8/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_5/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_7/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_0/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_9/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_e/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_3/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_a/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_4/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_6/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_f/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_b/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642
Ceyms Uorlik iç üzünü göstərdi

Ceyms Uorlik iç üzünü göstərdi Siyasət

Ceyms Uorlik iç üzünü göstərdi

Fəzail Ağamalı: "Son hadisələrlə bağlı məsələ qaldırıb onu vəzifəsindən uzaqlaşdırmaq lazımdır"
Mübariz Əhmədoğlu: "Ceyms Uorlik Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinin əsas mahiyyətindən başqa hər şeylə məşğuldur"
Fuad Muradov: "Yaxşı olardı ki, o, bu işə təyin olunmamışdan əvvəl baş verən vəziyyətlərə nəzər yetirsin"

ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik Amerika Erməni Milli Komitəsinin sədri Ken Xaçikyanla görüşüb. Görüşlə bağlı məlumat verməyən Uorlik Amerika Erməni Milli Komitəsinin sədrini ABŞ-ın erməni icmasının "aydın səsi" adlandırıb.
Bundan əvvəl isə Uorlik Dağlıq Qarabağ separatçılarını danışıqlar prosesində tərəf kimi iştirakının "zəruriliyi" ilə bağlı fikirlər səsləndirmişdi. Amerikalı həmsədrin ermənilərə xüsusi simpatiya ifadə edən açıqlamalarına rəsmi Bakı sərt təpki göstərir.
Xarici işlər nazirnin müavni Araz Əzimov ATƏT-in Minsk qrupunun həmsədri Ceyms Uorlikin son bəyənatına - münaqişənin Azərbyacanla Dağlıq Qarabağ arasında olmasına dair sözlərinə şərh verərkən deyib ki, Ceyms Uorlik hələ o səviyyədə deyil ki, onun hansısa yanlış fikirlərini şərh etsin.
Siyasi analitik Əli İsgəndərov bildirib ki, Uorlikdən öncə də amerikalı diplomatlardan digər həmsədr ölkələrdən olan həmkarları kimi ədalətdən uzaq çıxışların şahidi olmuşuq: "Ümumiyyətlə Minsk qrupunun fəaliyyətinin mövcudluğundan bu yana destruktivliyinin şahidi olmuşuq. Bu çərçivədə danışıqlar başlayanda Almaniya XİN-nin bir əməkdaşı "ATƏM (ATƏT ilk zamanlar belə adlanırdı) vasitəsi ilə heç nəyə nail olmayacaqsınız", - demişdi. Keçən müddət bunu göstərdi".
Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin (SİTM) sədri, politoloq Mübariz Əhmədoğlu deyib ki, ATƏT-in Minsk qrupu normal fəaliyyət göstərərək Dağlıq Qarabağ münaqişəsini tənzimləmək imkanına malik olsaydı, onun ayrı-ayrı üzvləri sərbəst fəaliyyətlə məşğul olmazdılar: "Ceyms Uorlik Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinin əsas mahiyyətindən başqa hər şeylə məşğuldur. Ona görə də ABŞ-da ermənilərlə görüşür. Amerika Erməni Milli Komitəsi (AEMK) pul kisəsidir. İndiyə qədər nə iş görüblərsə, pulla həll ediblər".
Mübariz Əhmədolğu qeyd edib ki, AEMK ABŞ-da ermənilər adından pul vermək hüququna malikdir və onların verdikləri pul rüşvət hesab olunmur: "Məlumdur ki, AEMK ABŞ Konqresinin hesabına pul köçürür və konqresmenlər onların verdikləri pulla erməni soyqırımı ilə bağlı məsələləri müdafiə edirlər. Eyni ilə ABŞ-ın Dağlıq Qarabağa yardımlar ayırması da lobbiçilik fəaliyyətinin nəticəsidir. Ceyms Uorlik də istəyir ki, onlarla əlaqə qursun və rəsmi şəkildə AEMK-da maaş alsın".
Politoloq vurğulayıb ki, Ceyms Uorlikin özü də ATƏT-in Minsk qrupunun fəaliyyətindən ümidsizdir, ona görə də əlavə işlərlə məşğuldur.
Ukrayna hadisələrinin ATƏT-in Minsk qrupunun fəaliyyətinə təsirindən danışan politoloq deyib ki, onların Dağlıq Qarabağ münaqişəsi ilə bağlı maraqları dəyişməzidir: "Həmsədrlər özlərini bizə başqa cür təqdim edirlər. Onların əsas maraqları Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməməsidir. Ona görə də hər üçünün mövqeyi dəyişməzdir".
Milli Məclisin Azərbaycan-Amerika Birləşmiş Ştatları parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Fuad Muradov deyib ki, ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlikə cavab verib: "Həmsədrin rəsmi twitter səhifəsində qeyd etmişəm ki, yaxşı olardı ki, o, bu işə təyin olunmamışdan əvvəl baş verən vəziyyətlərə nəzər yetirsin. Yalnız onda görər ki, bütün mərhələlərdə Ermənistan danışıqlar prosesini pozmaq üçün əllərindən gələni edib. Hətta onun rəsmi səhifəsində yazdım ki, Ermənistan və Azərbaycan icmalarının görüşməsinin tərəfdarıyıq. Lakin bu o demək deyil, onları tərəf kimi qəbul edə bilərik".
Fuad Muradov vurğulayıb ki, yəqin Uorlik həmsədr vəzifəsinə yeni təyin olunduğundan mövcud stiuasiyaları dəqiq bilmir: "Hər kəsin bildiyi bir məqam var ki, Dağlıq Qarabağda yaşayanların 2 icması var. Həmin icmalardan biri ermənilərin, digəri isə azərbaycanlılarındır. Dəfələrlə bəyan etmişik ki, icmalar arasında görüş təşkil olunsun. Lakin tərəf olaraq bu məsələdə ATƏT-in prinsipləri mövcuddur. Ermənistan bilavasitə separatçı rejimin yaranmasında və Azərbaycan torpaqlarının işğalında iştirak edib. Burada heç bir yerli icmanın separat meylləri haqqında söhbət gedə bilməz. Ona görə də bu, Ermənistan və onun havadarları tərəfindən həyata keçirilən siyasət olub. Bildiyiniz kimi, bir sıra xarici ölkələrdə erməni lobbisi olduqca güclüdür. ABŞ-da keçirilən seçkilərdə belə həmin ermənilər çox rahat şəkildə iştirak edə bilirlər. Ona görə də bəzi Amerika siyasətçiləri bu kimi fikirlər səsləndirdikdə, onlar həmin diaspor təşkilatlarının mövqeyini eşidirlər. Bununla yanaşı, son zamanlar baş verənlər Ermənistanın hansı mövqedən çıxış etdiyini bir daha göstərmiş olur".
Millət vəkili Fəzail Ağamalı isə bildirib ki, Ceyms Uorlikin məsələsinə ciddi reaksiya verərək, onun həmsədrlik vəzifəsindən kənarlaşdırılmasına nail olmalıyıq: "Çünki məsələlər bu cür davam edə bilməz. Həmsədrlik vəzifəsinə başladığı ilk gündən ermənipərəst mövqeyini ortalığa qoymaqdadır. Bununla bağlı xarici işlər nazirinin müavini Araz Əzimovun kütləvi informasiya vasitələrinə verdiyi müsahibəsində fikirləri tam dəstəkləyirəm. Onun atdığı addımlar kifayət qədər narahatlıq doğurur. Bir sözlə, son hadisələrlə bağlı məsələ qaldırıb onu vəzifəsindən uzaqlaşdırmaq lazımdır".
Millət vəkili əlavə edib ki, uzun illərdən bu yana erməni lobbiləri Amerika ilə yanaşı, dünyanın ayrı-ayrı ölkələrində qondarma "erməni soyqırımı"nı təqdim etməyə və olmayan bir şeyi əsaslandırmağa çalışırlar. Onun sözlərinə görə, Amerikada güclü erməni lobbisinin mövcudluğu hər kəsə bəllidir: "Bu da ermənilərin ABŞ-da uzun müddətdir aparmış olduğu ardıcıl və israrlı siyasətin məntiqinə söykənir. Erməni lobbisi Amerikada kifayət qədər fəaldır. Onlar hətta vaxtilə Azərbaycana qarşı 907-ci düzəlişin qəbul edilməsində fəallıq göstəriblər. Bu günə qədər Dağlıq Qarabağ probleminin həllinə mane olan amillərdən biri də erməni lobbisidir. Nəzərə alsaq ki, ermənilər gələn il qondarma erməni soyqırımının 100 illiyini keçirməyi planlaşdırırlar, onda bu cür addımlar gözləniləndir".
Fəzail Ağamalı onu da bildirib ki, bu gün erməni lobbisinin təsiri altında olan insanlar ABŞ-da hakimiyyətdədirlər: "Məlumdur ki, Amerikanın prezidenti Barak Obama, eyni zamanda ABŞ dövlət katibi Con Kerri də birmənalı şəkildə ermənipərəst insanlardır. Onların bundan sonrakı fəaliyyətlərinin necə qurulacağı aydındır, lakin Amerikanın dövlət olaraq buna necə reaksiya verəcəyi maraq doğurur. Ancaq inanmıram ki, Amerika buna görə Türkiyə ilə münasibətlərini tamamilə pisləşdirsin".
Qeyd edək ki, Ceyms Uorlikin Amerikada görüş keçirdiyi "Ay Dat" Komitəsinin sədri Kennet Xaçikyan Amerika erməni diasporunun ən nüfuzlu simalarından biridir. Məhz onun sayəsində qondarma "erməni soyqırımı" məsələsi hər dəfə Ağ Evdə qaldırılır.
1944-cü ildə Kaliforniyada anadan olmuş Xaçikyan Amerikanın bir neçə prezidentinin spiçrayteri və məsləhətçisi olub.
O, ABŞ-ın ən böyük lobbi təşkilatlarından biri olan Amerika Erməniləri Milli Komitəsinə (ANCA) başçılıq edir.
Xaçiktyan Türkiyəyə qarşı aqressiv siyasət yürüdülməsinin tərəfdarı kimi tanınır. Qarabağ məsələsində Azərbaycana təzyiq göstərməsi üçün prezident Barak Obamaya bir neçə məktub yazıb. 2008-ci ildə rejissor Ron Hovardın çəkdiyi "Frost Niksona qarşı" filmində Xaçikyan obrazı da vardı.

Əli