.jpg)
.jpg)
Fransa Ermənistandakı səfirliyinə yeni hərbi attaşe təyin etmək qərarına gəlib. Beləliklə, bir müddət əvvəl Fransanın “Intelligence Online” nəşrinin yaydığı məlumat öz təsdiqini tapıb.
Bu barədə Caliber.az məlumat yayıb.
Sayt bu qərarın ilk dəfə 2022-ci ilin sentyabrında Ermənistan Respublikasının müdafiə naziri Suren Papikyanın Fransaya səfəri zamanı yüksək səviyyədə müzakirə edildiyini yazır. Caliber.az-ın xəbərinə görə, məsələ hazırda faktiki rəsmiləşmə mərhələsindədir: "Fransa hərbi attaşesi Fransanın Ermənistana dağıdıcı silahların tədarükünə nəzarət edəcək və Fransa prezidenti Emmanuel Makron şəxsən Parisin Ermənistana dağıdıcı silahların verilməsi ilə bağlı hərbi-siyasi qərarını dəstəkləyib.
Beləliklə, Aİ-nin aparıcı ölkələrindən biri regiona dağıdıcı silahların verilməsindən imtina etmək kimi ənənəvi ümumavropa siyasətini kobud şəkildə pozmur və regionda hərbi balansa Ermənistanın xeyrinə təsir göstərməyə çalışır.
Caliber.az yaxın vaxtlarda Fransanın Ermənistana hansı növ silahlar verməyi planlaşdırdığı ilə bağlı məlumat yayacağını da açıqlayıb.