Azərbaycan hər an öz planlarını işə sala bilər Siyasət

Azərbaycan hər an öz planlarını işə sala bilər

Fikrət Sadıqov: "Ermənistan və digər dövlətlər əmin oldular ki, Bakı oyun oynamır"

Aprel hadisələri fonunda baş tutan Vyana görüşü ilə Ermənistan və digər dövlətlər əmin oldular ki, Bakı oyun oynamır və konkret əməli addımları var. Yəni Azərbaycan hər an öz planlarını işə sala bilər. Bu sözləri Vyana görüşü barədə danışarkən politoloq Fikrət Sadıqov deyib. Onun sözlərinə görə, Ermənistanı reallığa uyğun olmayan bəyanatlar verməyə vadan edən Azərbaycanın işğal edilmiş torpaqlarını azad etmək istəyini açıq şəkildə ifadə etməsidir: "Həqiqət ondan ibarətdir ki, Azərbaycan hər zaman atəşkəsə riayət edən tərəf olub. Hiss olunur ki, həmsədr ölkələr və onların xarici işlər nazirləri Lavrovun dediyi kimi böyük sülh sazişinin konturlarını müzakirə etmək fikrindədirlər. Görünür, prosesə artıq start verilib. İyunda məsələ ilə bağlı konkret nəsə əldə olunarsa, vəziyyət dəyişə bilər. Çünki aparıcı dövlətlərin nümayəndələri də bildirir ki, iyunda sözügedən sazişin müəyyən formatı və konturları bəlli olacaq. Aprel hadisələri fonunda baş tutan Vyana görüşü ilə Ermənistan və digər dövlətlər əmin oldular ki, Bakı oyun oynamır və konkret əməli addımları var. Yəni Azərbaycan hər an öz planlarını işə sala bilər".