“Azərbaycan liderinə minnətdarlığımızı bildiririk” Siyasət

“Azərbaycan liderinə minnətdarlığımızı bildiririk”

Binali Yıldırım: "İndi başqa bir dövr başlayır"

Türkiyənin baş naziri Binali Yıldırım Rusiya ilə münasibətlərin normallaşmasında göstərdiyi köməyə görə Azərbaycan prezidenti İlham Əliyevə təşəkkür edib.
Bu barədə baş nazir hakim AKP-nin iclasında çıxış edərkən deyib.
"Qarşılıqlı yazışmalar Türkiyə ilə Rusiya arasındakı buzların əriməsinə yardım etdi. İşlərin bu nöqtəyə gəlməsində bir çox səylər göstərildi. Xüsusilə də, qardaşımız Azərbaycan liderinə minnətdarlığımızı bildiririk. İndi başqa bir dövr başlayır. Dostlarımız artacaq, düşmənlərimiz azalacaq".