23 Mart 2024 16:56
4 613
Həlak olan şəxslərin siyahısındakı Hüseynov Vüqar Fuad oğlunun Azərbaycan Respublikası vətəndaşlığını təsdiq edən hər hansı bir sənədə malik olmadığı müəyyən edilib.
Bu barədə Trend-in sorğusuna cavab olaraq Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib.
Qeyd edək ki, "Crocus City Hall"da törədilən terror aktında ölən 41 nəfərin adı açıqlanıb. Siyahıda adı yer alan 1983-cü il təvəllüdlü Hüseynov Vüqar oğlunun azərbaycanlı olması ehtimal edilib.
Xatırladaq ki, Rusiyanın Moskva vilayətinin Krasnoqorsk şəhərində yerləşən "Crocus City Hall"a daxil olan naməlum şəxslər insanlara atəş açıblar. Hadisə "Piknik" qrupunun konsertindən öncə baş verib.
Rusiya Federal Təhlükəsizlik Xidmətinin rəhbəri Aleksandr Bortnikov Rusiya prezidenti Vladimir Putinə Moskvada "Crocus City Hall"da törədilən terror aktında iştirak edən 11 nəfərin, o cümlədən, 4 terrorçun saxlanıldığı barədə məlumat verib.
Terror aktında ölənlərin sayı 115 nəfərə çatıb.
İlkin məlumata görə, "Crocus City Hall"da insanların ölüm səbəbləri odlu silahdan açılan atəş və yanma məhsulları ilə zəhərlənmə olub. Terrorçular "Crocus City Hall"da zalı yandırmaq üçün tezalışan mayedən istifadə ediblər.
Terrorçular əvvəlcə hücum zamanı avtomat silahdan istifadə ediblər, silah istintaq əməkdaşları tərəfindən aşkarlanıb.

13:02
343
11:48
490
11:45
525