"Ölkəmiz xarici investorlar üçün etibarlı tərəfdaşa çevirib"
28 Sentyabr 15:53
28 Sentyabr 15:53
28 Sentyabr 14:15
28 Sentyabr 13:53
28 Sentyabr 13:24
9 Aprel 2024 20:12
7 077
Aprelin 9-da Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.
Pakistanın Baş naziri Ramazan bayramı münasibətilə dövlətimizin başçısını təbrik edib, xalqımıza firavanlıq arzulayıb.
Azərbaycan Prezidenti göstərilən diqqətə və təbrikə görə minnətdarlığını bildirib, öz növbəsində bayram münasibətilə Məhəmməd Şahbaz Şərifi təbrik edərək Pakistan xalqına ən xoş arzularını çatdırıb.
Prezident İlham Əliyev, eyni zamanda, Məhəmməd Şahbaz Şərifi yenidən Pakistan İslam Respublikasının Baş naziri vəzifəsinə seçilməsi münasibətilə bir daha təbrik edib, ona fəaliyyətində uğurlar arzulayıb.
Pakistanın Baş naziri də İlham Əliyevə prezident seçkilərində qələbəsi münasibətilə bir daha təbriklərini çatdıraraq, ona prezidentlik fəaliyyətində uğurlar diləyib.
Azərbaycan Prezidenti və Pakistanın Baş naziri ölkələrimiz arasında dostluq və qardaşlıq münasibətlərinin bundan sonra da uğurla inkişaf edəcəyinə əminlik ifadə edərək, əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparıblar.
28 Sentyabr 18:30
798
28 Sentyabr 18:23
777
28 Sentyabr 13:26
784