
“Bu, Azərbaycanın artan beynəlxalq nüfuzunu bir daha təsdiqlədi”
18 Oktyabr 20:32
18 Oktyabr 20:32
18 Oktyabr 12:10
17 Oktyabr 18:26
17 Oktyabr 16:55
Qarsda Türk Dünyasının Elmi Birliyini Gücləndirən Beynəlxalq Simpozium Keçirilib
Qəzzanın cənubunda yenidən toqquşmalar başlayıb, Netanyahu Orduya əmr verib - YENİLƏNİB-4
Ukrayna Ordusu Rusiyada neft və qaz emalı zavodlarına zərbə endirib
Oktyabrın 22-dək fasilələrlə yağış yağacaq, leysan olacaq, dolu düşəcək
Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı səfiri Polad Bülbüloğlu Rusiya Federasiyası Dövlət Dumasının MDB komitəsi sədrinin birinci müavini Konstantin Zatulinin təxribatçı videomüraciəti ilə əlaqədar Rusiya Federasiyası Dövlət Dumasının sədri Vyaçeslav Volodinə məktub göndərib.
APA-nın Moskva müxbiri xəbər verir ki, səfir Duma sədrinə müraciətində Zatulinin hərəkətinin ilk belə hal olmamasını və bunun narahatlıq doğurduğunu bildirib. Qeyd edib ki, Zatulin dəfələrlə Azərbaycanın dövlətçiliyinin və xalqının əleyhinə bəyanatlar verib.
“Təəssüf hissi ilə qeyd edirəm ki, Azərbaycan tərəfinin bu cür nalayiq halların qarşısını almaq üçün Rusiya Federasiyasının rəsmi orqanlarına dəfələrlə müraciət etməsinə baxmayaraq, K.Zatulinin ölkələrimiz arasında müttəfiqlik münasibətlərinə xələl gətirən təxribat fəaliyyətinə qarşı hələ də təsirli tədbirlər görülməyib. Bütün bunlar Milli Məclisin deputatları arasında və ölkəmizin ictimai mühitində ciddi narahatlıq yaratmaqda davam edir, Rusiyadakı Azərbaycan diaspor təşkilatlarını təşvişə salır və iki ölkənin parlamentlərarası əməkdaşlığına mənfi təsir göstərir. Bununla əlaqədar, sizdən, hörmətli Vyaçeslav Viktoroviç, Rusiya Federasiyasının rəsmi mövqeyinə və Dövlət Dumasının reqlamentinə uyğun olaraq, bu məsələyə prinsipial yanaşmanızı və Zatulin tərəfindən gələcəkdə bu cür təxribatçı hərəkətlərinin qarşısını almaq üçün mümkün olan hər şeyi etməyinizi təcili olaraq xahiş edirəm”, - deyə diplomat vurğulayıb.