Xocalı soyqırımının 25 illiyi ilə bağlı Belçikada keçirilən Xocalı həftəsində iştirak edən Azərbaycan nümayəndə heyəti-Prezident Administrasiyasının sektor mudiri Qafar Əliyev, Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov, ATXƏM-in sədri İlham İsmayilov, "Xalq cəbhəsi" qəzetinin baş redaktoru Elçin Mirzəbəyli və ATXƏM-in icra katibi, "Birlik" jurnalının baş redaktoru İlqar İlkin- fevralın 23-də Brüssel parlmentində görüş keiriblər. Nümayəndə heyəti Brüssel parlamentinin Sosial Partiyasından olan Şevket Deniz və Hasan Koyuncu ilə görüşüblər. Görüşdə Xocalı soyqırımı ilə bağlı ətraflı məlumat verilib. Azərbaycan və Belçika dostluq əlaqələri və bu əlaqələrin daha da genişləndirilməsilə bağlı müzakirələr aparılıb. Əlaqələrin bundan sonra daha geniş formada davam etdirilməsinin vacibliyi vurğulanıb.