
“Bu, Azərbaycanın artan beynəlxalq nüfuzunu bir daha təsdiqlədi”
18 Oktyabr 20:32
18 Oktyabr 20:32
18 Oktyabr 12:10
17 Oktyabr 18:26
17 Oktyabr 16:55
Qarsda Türk Dünyasının Elmi Birliyini Gücləndirən Beynəlxalq Simpozium Keçirilib
Qəzzanın cənubunda yenidən toqquşmalar başlayıb, Netanyahu Orduya əmr verib - YENİLƏNİB-4
Ukrayna Ordusu Rusiyada neft və qaz emalı zavodlarına zərbə endirib
Oktyabrın 22-dək fasilələrlə yağış yağacaq, leysan olacaq, dolu düşəcək
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Keniya Respublikasının Prezidenti Uillyam Samoei Rutonu Müstəqillik Günü münasibətilə təbrik edib.
Təbrikdə deyilir:
"Keniya Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi və xoş arzularımı çatdırıram.
Biz Keniya ilə əlaqələrimizin inkişafına böyük əhəmiyyət veririk. Azərbaycan ilə Keniya arasında diplomatik münasibətlərin qurulmasından ötən iyirmiillik dövr ərzində ikitərəfli əlaqələrimiz genişlənmiş, müxtəlif sahələrdə əməkdaşlığımız dinamik inkişaf etmişdir.
İnanıram ki, qarşılıqlı hörmət və etimad üzərində qurulmuş dövlətlərarası münasibətlərimizi daha da möhkəmləndirmək, qarşılıqlı maraq doğuran bir sıra sahələr üzrə əməkdaşlığımızın potensialından tam bəhrələnmək üçün bundan sonra da birgə səylər göstərəcəyik.
Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə uğurlar, dost xalqınıza daim əmin-amanlıq və firavanlıq diləyirəm".