İslam dünyasında yeni güclü ittifaq formalaşır
16 Yanvar 21:29
16 Yanvar 21:29
16 Yanvar 20:47
16 Yanvar 17:35
16 Yanvar 17:06
20 Dekabr 2024 11:14
3 906
Azərbaycan müstəqillik tarixinin yeni bir uğuruna imza atıb. İslam dünyasının liderlərindən təşkil olunmuş D8 təşkilatına üzv olub.
Bunu "Xalq Cəbhəsi"nə politoloq Azər Qasımov deyib.
D8 İqtisadi Əməkdaşlıq Təşkilatı səkkiz müsəlman ölkəni birləşdirir.
Təşkilatın təməli Türkiyənin təşəbbüsü ilə 1996-cı il oktyabrın 22-də İstanbulda Banqladeş, Indoneziya, İran, Malayziya, Misir, Nigeriya və Pakistanın əməkdaşlığı ilə təşkil edilən İnkişaf Əməkdaşlıq Konfransında atılıb. 1997-ci il iyunun 15-də İstanbulda 8 ölkənin dövlət və hökumət başçılarının sammitində təşkilat rəsmən elan olunub. Katibliyi İstanbul şəhərində yerləşir. Təşkilatın yeni hədəfləri "2020-2030 illər yol xəritəsi" sənədində əks olunub:
"Təşkilata üzv ölkələrin adlarından da göründüyü kimi bu təşkilat tək İslam dünyasının yox, bütün dünyanın böyük və əhəmiyyətli ölkələrinin birliyindən ibarətdir.
Belə bir təşkilatda Azərbaycanın təmsil olunması Azərbaycan dövlətini dünya siyasi və iqtisadi arenasında yeni səviyyəyə çıxarır.
Tarix boyu Şərq və Qərb arasında
körpü rolu oynamış, İslam dünyasının əsas mədəni, dini və sivilizasiya mərkəzlərindən olan Azərbaycanın D8 üzvlüyü eyni zamanda, İslam həmrəyliyinin möhkəmlənməsində, İslam dəyərlərinin dünyada təbliğində və
İslamofobiya ilə mübarizə sahəsində böyük töhfə olacaq.
Geosiyasi mövqeyi, geniş iqtisadi potensialı, strateji tranzit məntəqələri və inkişaf etmiş nəqliyyat infrastrukturu ilə regional mərkəzlərdən biri kimi seçilən Azərbaycanın üzvlüyünün təşkilatı daha da möhkəmləndirəcəyinə əminik".
Cavid
18 Yanvar 13:39
1 148
16 Yanvar 18:35
2 296
16 Yanvar 17:57
2 198