Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_d/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_c/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_2/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_8/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_5/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_7/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_0/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_9/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_e/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_3/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_a/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_4/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_6/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_f/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_b/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642
Tiflis sammitinin əhəmiyyəti

Tiflis sammitinin əhəmiyyəti Siyasət

Tiflis sammitinin əhəmiyyəti

Natiq Miri: "Qərb və Rusiya qarşıdurmasının yarandığı bir dönəmdə belə görüşün baş tutması böyük önəm daşıyır"
Vaxtanq Maisaya: "Hər üç ölkə prezidentinin toplaşması yeni regional təhlükəsizlik sisteminin yaranması üçün zəmindir"
Elşən Həsənov: "Bu üçlüyün birgə fəaliyyətindən narahatlıq keçirən İran və Rusiya kimi ölkələrdən qorunmaq lazımdır"
Coşkun Topal: "Avropanı Rusiyanın enerji asılılığından yalnız bu üç dövlətin birgə layihələr xilas edə bilər"

Cavid

Srağagün Tiflisdə Azərbaycan, Gürcüstan və Türkiyə prezidentlərinin görüşü keçirilib. Görüşün yekunu ilə bağlı prezidentlər mətbuata bəyanatlarla çıxış ediblər.
Prezident İlham Əliyev deyib ki, Azərbaycanı Gürcüstan və Türkiyə ilə tarixi əlaqələr, mədəniyyət, xalqlar arasında dostluq, qardaşlıq bağlayır.
Türkiyə prezidenti Abdulla Gül isə bildirib ki, Türkiyə, Azərbaycan, Gürcüstan arasındakı bu coğrafi bərabərlik Cənubi Qafqaz bölgəsində çox böyük bir cazibə mərkəzi yaratmaqdadır.
Gürcüstan prezidenti Georgi Margvelaşvili deyib ki, sammitin gedişi hər üç ölkənin iqtisadiyyatı və rifahına, bütün regionun sabitliyi və çiçəklənməsinə çox müsbət təsir göstərir: "Mən deyərdim ki, ölkələrimiz arasında bu nümunəvi əməkdaşlığın nəticəsi Asiya və Avropada 10 milyonlarla insana müsbət təsir göstərir. Biz Xəzər, Qara və Aralıq dənizlərini birləşdirən olduqca mühüm layihələr, o cümlədən bu əməkdaşlığın genişləndirilməsi barədə danışdıq. Bütün bunlar regionun sabitliyinin qarantıdır".
Politoloqlar tərəfindən də üç prezidentin Tiflisidə yenidən bir araya gəlməsi böyük uğur kimi dəyərləndirilir. Politoloqların fikrincə, prezidentlərin Tiflisi sammiti regional baxımdan da əhəmiyyətlidir.
Gürcü politoloqu Vaxtanq Maisaya bildirib ki, hər üç ölkənin liderlərinin Tiflisə toplaşması yeni regional təhlükəsizlik sisteminin yaranması üçün zəmindir. O, prezidentlərin Ukrayna hadisələrinin bölgəyə təsir imkanlarını da müzakirə etdiklərini bildirib: "Hər üç ölkənin liderinin bura toplaşması yeni regional təhlükəsizlik sisteminin yaranması üçün zəmindir. Azərbaycan - Türkiyə - Gürcüstan strateji tərəfdaşlığı təşəbbüsünü ilk dəfə Azərbaycan prezidenti İlham Əliyev irəli sürüb. Mənə elə gəlir ki, bu, artıq reallaşmağa başlayır. Tiflis sammitində prezidentlər Ukraynadakı hadisələr və onların bölgəyə təsirlərini də geniş müzakirə ediblər".
Dövlət başçılarının Tiflis görüşünü şərh edən politoloq Natiq Miri isə bildirib ki, bu, regionda Türkiyə, Azərbaycan və Gürcüstan arasındakı birliyin bariz nümanəsidir: "Sammit geostrateji və geosiyasi əhəmiyyətə malikdir. Danışıqlarda başlıca olaraq enerji və təhlükəsizlik məsələlərinin müzakirə olunub".
Ekspertin qənaətincə, Qərb - Rusiya qarşıdurmasının yarandığı bir dönəmdə belə görüşün baş tutması böyük önəm daşıyır: "Bütün postsovet ölkələri üçün təhlükə riski artıb. Bu məsələ də müzakirə obyekti ola bilər. Hesab edirəm ki, sammitin keçirilməsində Qərbin də marağı var. Bu üçlüyün fəaliyyətə başlaması və mühüm qərarlar qəbul etməsi regionda təhlükəsizliyin qarantı ola bilər".
Politoloq Elşən Həsənov isə bildirib ki, bu sammitin Rusiyanın Ukraynaya təcavüzü və Qərbin rəsmi Moskvanı hədələməsi ərəfəsində keçirilməsi olduqca əhəmiyyətli olub: "Gürcüstan, Azərbaycan və Türkiyə dövlətlərinin ayrı-ayrılıqda söz sahibi olmaları və Qərb tərəfindən diqqət mərkəzində saxlanılmaları Rusiyanın narahatlığına səbəb olub. Amma buna baxmayaraq rəsmi Moskva tərəfindən qısqanclıqla yanaşılsalar da hər üç dövlətin birgə həyata keçiryi iqtisadi layihələr onların regionda söz sahibinə çevrildiklərini isbatlayır. Prezidentlərin bu sammitdə regionlar iqtisadi layihələrlə yanaşı Ukraynadakı hadisələrin müzakirəsi də diqqətdən yayınmayıb. Ümumiyyətlə bütün regional layihələrdə bu üç dövlətin iştirakı, xüsusən də Azərbaycan prezidentinin açıqlamaları həmişə dünya mediasının diqqətində olub. Avropanın enerji təminatı bu ölkənin birgə iqtisadi layihələrindən keçir. Ona görə də bu üçlüyün birgə fəaliyyətindən narahatlıq keçirən İran və Rusiya kimi ölkələrin təhlükələrindən qorunmaq lazım gələcək".
Türkiyəli politoloq Coşkun Topalın fikrincə isə Azərbaycan, Gürcüstan və Türkiyə dövlət başçılarını bir araya gətirən təkcə iqtisadi layihələr deyil, həm də siyasi və regionda baş verən hadisələrdir: "Dünyada və regionda baş verən hadisələr, Rusiyanın siyasəti bu dövlətləri də düşünməyə vadar edir. Rusiya həm regionda, həm də dünyada təhlükəli dövlətə çevrilib. Baxmayaraq ki, Rusiya bu dövlətlərin hər biri ilə ayrı-ayrılıqda normal əlaqələrə malik olduğunu deyir, amma rəsmi Moskvanın bu üç dövlətlə problemləri mövcuddur. Türkiyə HATO üzvüdür və daim Azərbaycanın maraqlarını müdafiə edir ki, bunu da rəsmi Moskva həzm edə bilmir. Rusiya Gürcüstan ərazilərini işğal edib, Azərbaycanda isə Dağlıq Qarabağ münaqişəsini yaradıb. Bu ölkələrin bir araya gəlməsi artıq böyük güc deməkdir. Bu gün Avropanı Rusiyanın enerji asılılığından yalnız bu üç dövlətin birgə həyata keçirdiyi iqtisadi layihələr xilas edə bilər. Ona görə də hər üç dövlət başçısının belə qeyri-rəsmi toplanıb hansısa məsələlərin müzakirəsi çox önəmlidir. Bu birgə gücün nümayişi deməkdir. Bu həm də qonşu dövlətlərə və Qərbə bir mesajdır".
Onu da qeyd edək ki, Türkiyə kütləvi informasiya vasitələri Sammiti geniş şərh ediblər. Sammitin tarixi mahiyyət daşıdığı diqqətə çatdırılıb, reportajlarda və şərhlərdə Bakı-Tiflis-Ceyhan, Bakı-Tiflis-Supsa, Bakı-Tiflis-Ərzurum kimi enerji layihələrinin, o cümlədən artıq reallaşmaqda olan Bakı-Tiflis-Qars dəmir yolu xəttinin əhəmiyyətindən də bəhs edilib. Bu layihələrin təkcə region deyil, dünya iqtisadiyyatı üçün önəmi qeyd edilib.