“ATƏT-in Minsk qrupu konkret nəticə göstərməkdən uzaqdır” Siyasət

“ATƏT-in Minsk qrupu konkret nəticə göstərməkdən uzaqdır”

Piter Teys: "Hazırda Rusiya Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə fəal oyunçu qismində çıxış edir"

ABŞ Administrasiyası Moskvaya müxtəlif mesajlar göndərsə də, faktiki olaraq, ABŞ dövlət katibi Reks Tillerson aprelin 11-də sözügedən ölkəyə səfəri zamanı rusiyalı həmkarı ilə Dağlıq Qarabağ münaqişəsini müzakirə etməyib. Bunu amerikalı politoloq Piter Teys deyib. Onun sözlərinə görə, halbuki Ermənistan Silahlı Qüvvələri son 24 saat ərzində atəşkəsi 125 dəfə pozub: "Eyni zamanda, Dağlıq Qarabağda Azərbaycana aid tarixi abidələr Ermənistanın maliyyə dəstəyilə xarici şirkətlər tərəfindən dağıdılır, bir çox mədəniyyət abidələri isə dəyişdirilir". Politoloq hesab edir ki, Ermənistanın Azərbaycana təcavüzünə qarşı dünya hələ də səsiz qalır, rəsmi Vaşinqton isə onların davam edən vəhşiliklərinə qarşı səssiz mövqe nümayiş etdirir: "Hazırda Rusiya Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə fəal oyunçu qismində çıxış edir, ATƏT-in Minsk qrupu konkret nəticə göstərməkdən uzaqdır. Ötən il Putin Adminstrasiyası Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində yüksək maraq göstərib. Rusiya, Ermənistan, Azərbaycan XİN rəhbərlərinin ehtimal edilən görüşündə münaqişənin həllinə dair müsbət inkişaf ola, Ermənistanın Azərbaycanın suveren ərazilərindən qoşunlarını çıxartması ilə, həmçinin Azərbaycanın ərazi suverenliyinə hörmət etməsi ilə nəticələnə bilər. Ermənistan aqressiv dövlətdir, bu aqressivliyin nəticələri isə göz qabağındadır. Sözügedən dövlət sülhə, stabilliyə zərər vurmağa davam edəcək. BMT Təhlükəsizlik Şurası Ermənistanın təcili sürətdə Azərbaycanın suveren ərazisindən qoşunlarını çıxatmasını tələb edən bəyanat yaymalıdır, bu münaqişə Azərbaycan vətəndaşlarına çox ağrı verib.
Dünya Azərbaycanın Qərb vilayəti Naxçıvan Muxtar Respublikasının iyirmi ildən çox vaxt ərzində Ermənistanın blokadasında olduğunu bilməlidir.
Həmin blokadaya beynəlxalq cəmiyyət tərəfindən göz yumulması qəbuledilməzdir. Hazırda Qafqazın iqtisadi cəhətdən ən canlı regionu çətinliklərlə üzləşir. BMT-nin yeni baş katibi Naxçıvana səfər etməlidir, bu səfər vasitəsilə o, Azərbaycan xalqının sülhseverenliyinin şahidi olacaq" .