Mərkəz rəhbəri: Azərbaycan islamofobiyaya qarşı mübarizədə böyük rola malikdir Siyasət

Mərkəz rəhbəri: Azərbaycan islamofobiyaya qarşı mübarizədə böyük rola malikdir

"İslamofobiya ilə mübarizə ciddi qlobal hərəkata çevirilib. Rəmzi jestlərdən əlavə olaraq bu gün islamofobiyaya qarşı konkret təkliflər irəli sürülür".

Bunu Doha Beynəlxalq Dinlərarası Dialoq Mərkəzinin rəhbəri İbrahim Saleh Al-Naimi Bakıda keçirilən "İslamofobiya: Qərəzin ifşa olunması və stiqmaların dağıdılması" mövzusunda beynəlxalq elmi konfransda bildirib.
Onun sözlərinə görə, günümüzdə islamofob meyllərlə mübarizədə Azərbaycan böyük rola malikdir:

"Biz Azərbaycanın islamofobiya ilə mübarizə səylərini təqdir edirik. Sözügedən plarformalar artıq öz nəticələrini verir. Azərbaycan islamofobiyaya qarşı mübarizə baxımından böyük rola malikdir. Hesab edirik ki, bu cür konfranslar islamofobiya və ksenofobiyanın bütün formalarına qarşı mübarizədə mühüm önəm daşıyır. Biz islamofobiya ilə bağlı artan tendensiyaların, sistematik ayrı-seçkiliyin şahidiyik. Müxtəlif dini ibadət yerlərinə hücumlar həyata keçirilir. Bu gün bizim Baş Katiblik səviyyəsində islamofobiya ilə bağlı monitorinqlər aparılır, eləcə də dini maarifləndirmə tədbirləri həyata keçiririk. Hesab edirik ki, xüsusilə kütləvi informasiya vasitələri dini ayrı-seçkiliyə qarşı mübarizədə fəal olmalıdır. Bütün maraqlı tərəfləri bir araya gətirərək elə mühit yaratmaq lazımdır ki, hər kəs öz dini inancını sərbəst şəkildə həyata keçirə bilsin. Bu gün BMT baş katibinin dinlərarası dialoq üzrə xüsusi nümayəndəsinin təyinatı bu işin effektiv həyata keçirilməsinə töhfəsini verəcək".