
"Hörümçək toru”nda ABŞ izi
11 İyun 23:28
11 İyun 23:28
11 İyun 23:23
11 İyun 23:17
“Türk dövlətləri arasında istər ticarət, istər iqtisadiyyat sahəsində əlaqələrin daha da genişləndirilməsi üçün hədsiz potensial var. Biz əslində öz potensialımızdan tam istifadə etmirik. Hazırda bunun ilkin işartıları var. Əlbəttə, Azərbaycanla Türkiyə arasında konkret olaraq milyardlarla dollar məbləğində olan layihələr icra edilir. Özəlliklə də Azərbaycanın Türkiyəyə 20 milyard dollarlıq sərmayə yatırmasını cənab Prezident İlham Əliyev də tez-tez vurğulayır. Təbiidir ki, qarşılıqlı şəkildə Türkiyə də Azərbaycana böyük sərmayələr yatırır”.
Bu sözləri Xalqcebhesi.az-a açıqlamasında siyasi şərhçi Azər Həsrət söyləyib.
A.Həsrət əlavə edib ki, amma bu, Türk Dövlətləri Təşkilatı çərçivəsində potensialımızın hamısı demək deyil: “Yəni Özbəkistanın, Qazaxıstanın, elə Qırğızıstanın, yeri gələndə Türkmənistanın da yetərincə böyük potensialı var ki, biz o potensialdan qarşılıqlı şəkildə istifadə edə bilərik. Eyni zamanda, biz hələ Avropanın tam mərkəzində olan müşahidəçi üzv Macarıstanın potensialını tam cəlb etməmişik. Əlavə olaraq Kuzey Kıbrıs Türk Cümhuriyyətinin, özəlliklə də dənizin içindəki bir adanın imkanlarından biz yetərincə istifadə etmirik. Burada söhbət təkcə Azərbaycanın istifadəsindən getmir, qarşılıqlı istifadədən gedir. Yəni digər dövlətlər də hamılıqla əl-ələ verib, ortaq bu imkanlardan tam istifadə etmirik. Biz istər ağır sənayedə, hərbi sənayedə, istərsə yüngül sənayedə, kənd təsərrüfatında, telekommunikasiya sahəsində hələ öz potensialımızı tam hərəkətə gətirməmişik”.
Siyasi şərhçi vurğulayıb ki, biz elə edə bilərik ki, türk dövlətləri qarşılıqlı şəkildə bir-birinin imkanlarından istifadə etsin: “Yəni biz, məsələn, Yaponiya, Koreya, Çin, ABŞ, Avropa Birliyinin ayrı-ayrı ölkələrinə deyil, bir-birimizə ehtiyac duya bilərik və bir-birimizin imkanlarından istifadə edə bilərik. Ona görə bu potensial ciddi şəkildə hərəkətə keçirilməlidir və biz türk dünyası xaricindəki asılılığımızı mümkün qədər azaltmalıyıq. Qarşılıqlı inteqrasiyaya nə qədər çox nail olsaq, türk birliyi də bir o qədər tez gerçəkliyə çevriləcək”.
Röya İsrafilova