“Türkiyə-Rusiya münaibətləri yalnız bu iki ölkəyə məxsus məsələdir” Siyasət

“Türkiyə-Rusiya münaibətləri yalnız bu iki ölkəyə məxsus məsələdir”

Arzu Nağıyev: "Bunun Avropa dövlətlərinə aidiyyatı yoxdur"


"Türkiyənin istər Avropa, istərsə də ABŞ-la mühüm əlaqələri var. Avropanın ümumi məqsədi ondan ibarətdir ki, Türkiyə Avropa İttifaqına üzv olmasın. Rusiyaya qarşı Qərbin bir sıra sanksiyalar tətbiq etməyinə baxmayaraq, Rusiya ilə Avropa dövlətləri arasında da mühüm əlaqələr mövcuddur. Türkiyə və Rusiya Avropanın enerji təhlükəsizliyinin təminində mühüm rol oynayır".
Bunu politoloq Arzu Nağıyev deyib. O, Türkiyə-Rusiya münaibətlərinin yalnız bu iki ölkəyə məxsus məsələ olduğunu vurğulayıb: "Bu gün Türkiyə və Rusiya arasındakı ikili münasibətlər, bu münasibətlər əsasında həyata keçirilən layihələr bu ölkələrin öz arasında olan bir məsələdir. Bunun Avropa dövlətlərinə aidiyyatı yoxdur. Qərb istəsə belə Türkiyə-Rusiya əməkdaşlığına, ikili münasibətlərə təsir edə bilməz.
Inandırıcı deyil ki, Trükiyə və Rusiyanın maraqları olan yerdə Avropa hansısa addımlar atsın. Qərb-Türkiyə münaibətlərindəki gərinlik və Rusiyaya tətbiq edilən sanksiyalara baxmayaraq, ümumi fonda bu gərginlik o qədər də hiss olunmur. Tərəflər arasında hərbi fonda da hər hansı gərginlik yoxdur. Türkiyə və Avropa dövlətlərinin bir çoxu NATO hərbi blokunda birləşib. Avropa dövlətləri üçün Türkiyənin əhəmiyyəti böyükdür. Çünki boğazlar vasitəsi ilə bir çox problemləri həll edir, irimiqyaslı daşınmalar həyata keçirirlər.
Təyyarə olayından sonra Türkiyə və Rusiya aralarındakı gərginliyi ortadan qaldırmaq, əməkdaşlığı bərpa etmək və genişləndirmək məqsədi ilə görüşlər keçirirlər. Bu isə Qərbə dəxli olmayan bir məsələdir".