IV Bakı Təhlükəsizlik Forumu: ümumi mənzərə və mühüm amillər
23 Sentyabr 23:37
23 Sentyabr 23:37
23 Sentyabr 23:29
23 Sentyabr 23:17
08:51
497
Pakistan Hərbi Hava Qüvvələri Əfqanıstanda pilotsuz uçuş aparatlarının (PUA) buraxılışı və saxlanması üçün istifadə olunan 10 obyektə zərbələr endirib.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə İslam Respublikasının informasiya və teleradio yayımları naziri Ətaullah Tarar bildirib.
O, sentyabrın 23-də Əfqanıstana məxsus dronların Pakistanın hava məkanına daxil olduğunu və İslamabadın bunu "suverenliyin pozulması" hamçinin "təcavüz aktı" kimi qiymətləndirdiyini qeyd edib. "Pakistanın Hava Hücumundan Müdafiə sistemləri ölkə ərazisinə daxil olan bütün aparatları nəzərdə tutulan hədəflərə çatmazdan əvvəl aşkar edib, izləyib və zərərsizləşdirib, beləliklə də hücum cəhdinin qarşısını tamamilə alıb. Suveren özünümüdafiə hüququnu həyata keçirən Pakistan bu PUA-ların buraxılışı və saxlanması üçün istifadə edilən Əfqanıstan ərazisindəki 10 obyektə havadan və pilotsuz aparatlar vasitəsilə dəqiq zərbələr endirib", - deyə Tarar "X" sosial şəbəkəsində yazıb.
Nazir Kabulu "Pakistana qarşı düşmənçilik fəaliyyətini" dərhal dayandırmağa və terrorizmlə mübarizə sahəsində beynəlxalq öhdəliklərinə əməl etməyə çağırıb. "Əfqanıstan ərazisindən Pakistana qarşı hücumların həyata keçirilməsi və ya düşmən əməliyyatlarının aparılması üçün istifadə olunmamalıdır", - deyə o vurğulayıb. Tarar həmçinin addımlarına baxmayaraq Pakistanın gərginliyi artırmaq niyyətində olmadığını, regionda sülhün, dialoqun və konstruktiv əməkdaşlığın tərəfdarı olduğunu qeyd edib.
Məryəm Quliyeva