IV Bakı Təhlükəsizlik Forumu: ümumi mənzərə və mühüm amillər
23 Sentyabr 23:37
23 Sentyabr 23:37
23 Sentyabr 23:29
23 Sentyabr 23:17
09:07
518
Pakistan təhlükəsizlik qüvvələri ölkənin cənub-qərbində yerləşən Bəlucistan əyalətində 19 döyüşçünü zərərsizləşdirib.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə İslam Respublikası Silahlı Qüvvələrinin İctimaiyyətlə Əlaqələr İdarəsi (ISPR) məlumat yayıb.
"Fitnə əl-Xavaric" (əvvəllər "Təhrik-i-Taliban Pakistan" və ya "Pakistan Taliban Hərəkatı" kimi tanınan) və "Fitnə əl-Hindustan" qruplaşmalarına qarşı antiterror əməliyyatları Kvetta və Keç dairələrində keçirilib. Döyüşçülərlə toqquşmalar zamanı bir pakistanlı hərbçi həlak olub.
Pakistan və Hindistan arasında gərginliyin artması fonunda İslamabad hakimiyyəti ölkədə fəaliyyət göstərən terror təşkilatlarının əksəriyyətini rəsmi səviyyədə Hindistanın proksi qüvvələri kimi nəzərdən keçirməyə başlayıb və onlara ümumi "Fitnə əl-Hindustan" adını verib.
Məryəm Quliyeva