Kanada ABŞ-nin hərbi müdaxiləsi riskini nəzərdən keçirib Dünya

Kanada ABŞ-nin hərbi müdaxiləsi riskini nəzərdən keçirib

Kanada hakimiyyəti son bir il ərzində ABŞ tərəfindən hərbi müdaxilə ehtimalına hazırlaşıb, baxmayaraq ki, hadisələrin bu cür inkişafını az ehtimal olunan hesab edib.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə Kanadanın Baş naziri Mark Karni "The New York Times" qəzetinə sentyabrın 23-də dərc olunmuş müsahibəsində bildirib.

Donald Trampın Kanadanı ABŞ-nin 51-ci ştatı etmək bəyanatları fonunda atılan bu addım ehtiyat tədbiri kimi dəyərləndirilib. Karni həmçinin Vaşinqtondan asılılığı azaltmaq üçün hərbi rabitədə "Starlink"ə alternativ olaraq Avropa və Cənubi Koreya ilə əməkdaşlıq edəcəklərini, 88 ədəd "F-35" qırıcısının alışı planına yenidən baxıldıqlarını vurğulayıb.

Məryəm Quliyeva