09:28
819
“Əbu-Dabidə keçirilən görüşdə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında təmasların davam etdirilməsi barədə razılıq postmünaqişə mərhələsində dialoqun institusional xarakter aldığını göstərir. Bu görüş bir sənədin imzalanmasından daha çox, prosesin dayandırılmaması iradəsinin nümayişidir”.
Bunu xalqcebhesi.az-a açıqlamasında siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq Züriyə Qarayeva deyib.
Z.Qarayeva bildirib ki, tərəflərin sülh və sabitliyin möhkəmləndirilməsi ilə bağlı mövqelərini bir daha təsdiqləməsi onu göstərir ki, regional gündəmdə qarşıdurma ritorikası deyil, idarə olunan normallaşma xətti ön plana çıxır: “Xüsusilə görüşün neytral platformada keçirilməsi tərəflərin danışıqlara emosional deyil, rasional yanaşmağa üstünlük verdiyini göstərən mühüm siqnaldır”.
Politoloqun söylədiyinə görə, digər tərəfdən, ticarət və iqtisadi əməkdaşlıq imkanlarının araşdırılması, eləcə də vətəndaş cəmiyyəti nümayəndələrinin qarşılıqlı səfərlərinin təşviqi normallaşmanın yalnız siyasi elitalarla məhdudlaşmadığını göstərir: “Bu yanaşma uzunmüddətli sülh üçün vacib olan etimad mühitinin mərhələli şəkildə formalaşdırılmasına hesablanıb. İqtisadi əlaqələr və sosial təmaslar paralel inkişaf etdikcə, tərəflər arasında qarşılıqlı asılılıq artır və bu, yeni gərginlik risklərini azaldan faktora çevrilir. Bu baxımdan Əbu-Dabi görüşü birdəfəlik nəticələrdən çox, davamlı prosesin qorunmasına yönəlmiş strateji addım kimi dəyərləndirilə bilər”.
Röya İsrafilova
10:22
665
09:07
854
08:01
889