“O, türk dünyasının ən böyük liderlərindəndir” Siyasət

“O, türk dünyasının ən böyük liderlərindəndir”

Heydər Əliyev türk dünyasının ən böyük liderlərindən biridir.
Bu fikri jurnalistlərə müsahibəsində Türkiyənin Azərbaycandakı səfiri Ərkan Özoral deyib.
Səfir qeyd edib ki, Heydər Əliyev Azərbaycanın böyük lideri olmaqla yanaşı, bu ölkənin qurucusudur.
Heydər Əliyev Azərbaycan Sovet İttifaqının tərkibində olduğu vaxtlardan ölkəsinin gələcəyini qurmağa başlamışdı. O, Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra da ən çətin günlərdə ölkəsinə sahib çıxaraq bugünkü səviyyəyə gətirən bir liderdir.