“Təxribatlar artıb” Siyasət

“Təxribatlar artıb”

Son günlər Gürcüstanın işğal edilmiş ərazilərində gömrük-keçid məntəqələrinin açılması ilə bağlı məlumatlar yayılmaqdadır.
Gürcüstanın xarici işlər naziri Davit Zalkaniani yayılan məlumatlara bağlı bəyanat yayıb.
Bəyanatda deyilir: "Bu rus mediası və oponentlərimiz tərəfindən yayılan növbəti dezinformasiyadır və yayılan məlumatın həqiqətlə heç bir əlaqəsi yoxdur".
Hakim "Gürcü arzusu" partiyasında təmsil olunan azərbaycanlı deputat Ruslan məsələlərin təxribat xarakterli olduğunu deyib.
"Azərbaycanlı deputat olaraq bildirmək istərdim ki, son günlərdə heykəl gərginliyindən irəli gələrək təxribatlar çoxalıb. Hər kəsi təxribat xarakterli məlumatlardan uzaq olmağa dəvət edirəm".