Diaspora sədri Assosiasiyanın baş katibi ilə görüşüb Siyasət

Diaspora sədri Assosiasiyanın baş katibi ilə görüşüb

“Vətənpərvər” – Azərbaycanın Misirdə Diaspor Təşkilatları Birliyinin sədri, tədqiqatçı-alim Seymur Nəsirov Misir Nümayəndələr Palatasının Din və Vəqflər İşləri Komitəsinin sədri, Misir–Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri, professor Üsəmə əl-Abd İslam Universitetləri Assosiasiyasının baş katibi ilə görüşüb. Avrasiya.net-ə verilən məlumata görə, görüşdə Azərbaycanla Misir arasında bütün sahələrdə əlaqələrin inkişafından söhbət açılmışdır. Xüsüsilə də son vaxtlar Azərbaycana gələn misirli turistlərinin sayının artması bu inkişafın bariz nümunəsidir. Professor Üsəmə bildirib ki, “Mən Azərbaycanla Misir arasındakı əlaqələrin inkişafına töhfə vermək niyyətindəyəm. Əlimdən gələni edəcəyəm ki, Azərbaycan universitetlərinin dünyanın aparıcı universitetləri ilə əlaqələri genişlənsin, yaxın gələcəkdə Azərbaycan universitetləri bu böyük beynəlxalq təşkilata üzv qəbul olunsun”, - deyə o əlavə edib. Diaspora sədri Assosiasiyanın baş katibi ilə görüşüb O qeyd edib ki, İslam Universitetləri Assosiasiyasının əsas məqsədlərindən biri də müsəlman ölkələrindəki təhsil ocaqlarını əlaqələndirmək, onların arasında münasibət qurmağa yardım göstərmək, müvafiq tədbirlər keçirməkdir. Qeyd edək ki, bu assosiasiya 1969- cu ildə təsis olunmuşdur və baş ofisi Qahirədə yerləşir. Hazırda bu assosiasiyaya 200 universitet daxildir. Bu qurum bütün dünya universitetləri ilə həm elmi araşdırmalar sahəsində, həm də beynəlxalq konfransların və digər tədbirlərin təşkilində əməkdaşlıq edir