“Prezident İlham Əliyev Paşinyana qətiyyətli və tutarlı cavab verdi” Siyasət

“Prezident İlham Əliyev Paşinyana qətiyyətli və tutarlı cavab verdi”

Hikmət Babaoğlu: “İşğalçı ölkəyə məhz Rusiyada cavab verilməsi ciddi icmarıcdır”

“Azərbaycan Prezidenti cənab İlham Əliyevin Soçidə təşkil olunan “Valday” diskussiya klubunda iştirak və çıxış etməsi olduqca maraqla qarşılandı. Hər şeydən öncə qeyd etmək lazımdır ki, “Valday” diskussiya klubu dünyanın beyin mərkəzlərindən biri olmaqla qlobal və regional kontekstdə ən aktual məsələlərin müzakirə olunduğu bir platformadır”. Bu fikirləri “Xalq Cəbhəsi”nə açıqlamasında millət vəkili, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu deyib. O, bildirib ki, bu dəfəki tədbirdə dünyanın 40-a qədər ölkəsindən çoxsaylı dövlət xadimləri, ictimai nüfuzlu şəxslər və media nümayəndələri iştirak edirdilər: “Belə mühüm bir platformada Azərbaycan Prezidentinin səsləndirdiyi fikirlər ölkəmiz barədə həqiqətlərin bir daha yeni rakursdan dünyaya çatdırılması idi . Prezident İlham Əliyev ilk növbədə Ermənistanın baş naziri Nikol Paşinyana və onun sərəsəm bəyanatlarına elə qətiyyətli və tutarlı cavab verdi ki, bu işğalçı ölkənin başı üstündə ildırım kimi çaxdı. Nəzərə almaq lazımdır ki, işğalçı ölkəyə məz Rusiya Federasiyasından, “Valday” diskussiya klubu kimi nüfuzlu platformanın tribunasından cavab vrilməsinin özü olduqca ciddi bir icmarıcdır. Prezident İlham Əliyev “Qarabağ xalqı” kimi təxribatçı ifadələrə də cavab verərək bildirərək qed etdi ki, bu kökündən yanlış ifadədəir. Qarbağ əhalisi var və bu azərbaycalı və erməni icmasından ibarətdir. Münaqişə başlayanda bu nisbət 75-in 25 azərbaycanlıların lehinə olub. Prezident bir daha bəyan etdi ki, problem BMT təhlükəsizlik şurasının məlum qətnamələri, Helsinki yekun aktının prinsipləri və azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır. Bu qətiyyətli mövqe bir daha Azərbaycanın qəti mövqeyinin dünya ictimaiyyətinə çatdırılması idi. Rusiya Azərbaycan münasibətlərinə gəldikdə isə qeyd etmək lazımdır ki, hazırki mürəkkəb beynəlxalq münasibətlər şəraitində Rusiya – Azərbaycan münasibətləri hər iki ölkənin maraqları kontekstində mühüm əhəmiyyət kəsb edir. Azərbaycan prezidenti cənab İlham Əliyevin Rusiyasa Federasiyasına baş tutan işguzar səfəri və Soçidə Rusiya Prezidenti Vladimir Putinlə keçirdiyi görüşlərdə müzakirə olinan məsələlər bir daha ondan xəbər verir ki , bu münasibətlərin strateji müttəfiqlik səviyyəsində olmaı iki ölkənin maraqlarına tamamilə uyğundur. Təsadüfi deyil ki, Azərbaycan Prezidenti iki ölkə arasında münasibətlərdən danışarkən bildirdi ki, prezidentlər arasında keçirilən belə görüşlər iki ölkə arasında strateji tərəfdaşlıq münasibətlərinin inkişafına təkan verir. Azərbaycan üçün Rusiya ən mühüm tərəfdaş, dost, mehriban qonşudur. Əlbəttə münasibətlərin belə yüksək səviyyəsi hazırda mövcud olan mürəkkəb geostrateji çagrışlar kontekstində iki dost və qonşu ölkənin təhlükəzislik maraqları baxımından da aktualdır. Ona görə də tərəflər arasında “yol xəritəsi”nin reallaşdırılması bu münasibətlərə yeni stimul verir. Prezident İlham Əliyev “Valday” klubunun fəaliyyətini də yüksək qiymətləndiriərək onu dünyanın ən mühüm məsələlərinin müzakirə olundiğu platforma kimi dəyərləndirdi. Döğurdan da qlobal çağırışlar kontekstində bu klubun fəaliyyəti dünya siyasətinə yeni rakursdan baxmağa imkan yaradan bəlkə də yeganə intellektual platformadır. Ona görə də bu səfər iki ölkə arasında strateji müttəfiqlik səviyyəsində qiymətləndirilən bu münasibətlərin gələcək perespektivləri baxımından da olduqca önəmlidir “.
Deputat Asim Mollazadə deyib ki, “Valday” Beynəlxalq Diskussiya Klubunun XVI illik iclasının plenar sessiyasında Prezident İlham Əliyevin dediyi sözlər Azərbaycan xalqının fikirlərini tam əks etdirir.
O əlavə edib ki, Azərbaycan Prezidentinin çıxışı dünyaya bir mesajdır: “Bununla dünyaya çatdırıldı ki, Azərbaycan xalqı heç vaxt onun ərazisinin işğalı ilə razılaşmayacaq. Həmçinin Azərbaycan beynəlxalq hüquq normalarının bərqərar olmasını və bərpa edilməsini tələb edir”.
Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu bildirib ki, Azərbaycan Prezidentinin Dağlıq Qarabağ münaqişəsinin tənzimləməsi ilə bağlı Ermənistanın yalanları, onların beynəlxalq aləmə sırımaq istədikləri fikirlərinə reaksiya verməsi çox müsbət haldır: “Çünki, Prezident İlham Əliyevin həm diplomatasiyası, həm intellekti, həm də beynəlxalq aləmdə nüfuzu sayəsində Onun fikirləri daha sürətlə beynəlxalq ictimaiyyətə çatacaq və qərar verən şəxslərin diqqətinə çatacaq”. Azərbaycan Prezidentinin ötən gün Soçidə çıxışını xatırladan politoloq söyləyib ki, ölkə başçısının da qeyd etdiyi kimi Dağlıq Qarabağ adında xalq, Artsax adı mövcud deyil: “Bütün bunlar ermənilərin uydurmasıdır. Bu fikirlərin Ölkə başçısının dilindən eşidilməsi nəticəsində xarici dairələr tərəfindən Ermənistana münasibət bldiriləcək ki, hanı o xalq?”.
O bildirib ki, Dağlıq Qarabağda yaşayan ermənilərin dili ilə, Ermənistanda yaşayanların dili arasında cəmi 15 faiz fərq var: Bu da ona görədir ki, Dağlıq Qarabağda yaşayan ermənilərin böyük əksəriyyəti İrandan gəlmədir və onlar İranda da azərbaycanlıların içərisində yaşayıblar. Bu baxımdan Dağlıq Qarabağ ermənilərinin danışığında türk sözləri var. Bununla yanaşı, Dağlıq Qarabağ ermənilərinin bir qrupu da Osmanlıdan köçürmələrdir ki, onların da danışığında türk sözlərinə rast gəlmək mümkündür. Məhz bu amillər Dağlıq Qarabağda yaşayan ermənilərin dili ilə, Ermənistanda yaşayanların dili arasında cəmi 15 faiz fərqi əmələ gətirir. Onlar üz quruluşu, davranışı, məişəti ermənidir. Əgər onlar ayrı erməni xalqı axtarırlarsa, o zaman diaspor ermənisi ilə İrəvan ermənisi, Qərbi erməni dili ilə şərqi erməni dili bir-birindən düz 90 faiz fərqləndiyini nəzərə almalıdırlar. Çünki onların bir-biriləri ilə ünsiyyət qurması üçün tərcüməçi lazımdır. Hətta buna görə diaspora tərəfindən tərcümə kitabı da hazırlanmalı idi. Belə olanda necə olur ki, 100 faizə yaxın dili ayrı olana sən xalq deyirsən, amma cəmi 15 faiz dili oxşar olanı ayrı xalq adlandırırsan? Bütün bunları nəzərə alaraq Azərbaycan Prezidenti İlham Əliyev ötən gün Soçidə beynəlxalq ictimaiyyəti çaşdırmağa çalışan Ermənistanın yalanlarına son verdi”.
M. Əhmədoğlu qeyd edib ki, əgər Paşinyan münaqişənin qondarma “Dağlıq Qarabağ xalqı” və Azərbaycan xalqı tərəfindən həll edilməsinin düzgün olduğunu söyləyirsə, o zaman ilk növbədə bunun mexanizmini ortaya qoymalıdır: “O, ortaya qoyulan variantın erməni xalqı, qondarma “Dağlıq Qarabağ” xalqı və Azərbaycan xalqını qane etdiyini hansı qaydada ölçəcək? Əgər Referendum yolu ilədirsə, o zaman buyursun keçirsin. Hazırda azərbaycanlıların sayı ermənilərin sayından 3-4 dəfə çoxdur. Belə olan halda Azərbaycan əlbəttə ki, üstünlük qazanacaq. Bunları düşünməyən insan savadsızdır. Paşinyanın nüfuzu onsuz da yox idi. Lakin Azərbaycan Prezidenti ötəngünkü çıxışı ilə Paşinyan dövrünün hakimiyyətinə qəbir qazdı, o, artıq məzarlıqdır. İnanıram ki, yaxın müddətdə Ermənistan dövlətçiliyinə də qəbir qazacağıq”.