Misirin dövlət başçısı Prezident İlham Əliyevi təbrik edib Siyasət

Misirin dövlət başçısı Prezident İlham Əliyevi təbrik edib

Misir Ərəb Respublikasının Prezidenti Əbdülfəttah əs-Sisidən Prezident İlham Əliyevə təbrik məktubu gəlib.
Təbrikdə deyilir:
"Hörmətli Prezident, Zati-aliləri.
Doğum gününüz münasibətilə Sizi təbrik etməkdən böyük məmnunluq hissi duyur, qarşıdakı ilin Sizin üçün firavan keçməsini arzulayıram.
Sizə və ailənizə ən xoş arzularımı çatdırır, Misir dövləti ilə dostluq münasibətlərinizi yüksək qiymətləndirirəm".