Avropa Şurasının Baş katibi: Cənubi Qafqazda baş verənləri böyük maraqla və diqqətlə izləyirik
Rumen Radev: Azərbaycan Bolqarıstana daha çox qaz tədarük edə bilsə, bunu yüksək qiymətləndirərik
Prezident İlham Əliyev Dublində Volodimir Zelenski ilə görüşüb
DYP: Bu il yol qəzalarında ölənlərin 32 faizi təhlükəsizlik kəməri bağlamayanlar olub
23 Aprel 2020 19:10
3 045
Avropa Şurasının Baş katibi Mariya Peyçinoviç Buriç Azərbaycan Ali Məhkəməsinin qərarını müsbət qarşılayıb.
Bu barədə Avropa Şurasının saytında məlumat verilib.
"Bu gün İlqar Məmmədovun və Rəsul Cəfərovun Azərbaycan Ali Məhkəməsi tərəfindən bəraət alması təqdirə layiqdir. Avropa Şurası Nazirlər Komitəsinin dəfələrlə vurğuladığı kimi, Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarının icrası onlara qarşı irəli sürülən cinayət ittihamlarının bütün nəticələrinin aradan qaldırılmasını tələb edir. Məhkəmə qərarlarının icrasına nəzarət kontekstində bu addım Komitə tərəfindən nəzərdən keçiriləcək. Avropa Şurası Azərbaycanla əməkdaşlığı daha da genişləndirməyə hər zaman hazırdır", - deyə Baş katibin bəyanatında deyilir.
15:31
0
15:30
0
15:29
84