08:38
203
Cümə axşamı Qazaxıstanın Abay vilayətində, Semey şəhərindən 400 km cənub-cənub-şərqdə 3,6 maqnitudalı yeraltı təkan qeydə alınıb.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Vahid Geofizika Xidmətinin Altay-Sayan filialı məlumat yayıb.
Geofizika xidmətinin Altay-Sayan filialının operativ emal məlumatlarına görə, cümə axşamı Moskva vaxtı ilə saat 06:16-da qeydə alınan zəlzələnin episentri Çin sərhədindən təxminən 8,5 km məsafədə yerləşib.
Episentrdə təkanların intensivliyi MSK-64 şkalası üzrə 4,3 bal təşkil edib.
Məryəm Quliyeva