
Müdafiə nazirinin təsdiq etdiyi 2020-ci il üçün döyüş hazırlığı planına əsasən ümumqoşun poliqonunda Hava Hücumundan Müdafiə (HHM) bölmələrinin məşqləri keçirilir.
Müdafiə Nazirliyinin verdiyi xəbərə görə, məşqlərin keçirilməsində əsas məqsəd bölmələrin şəxsi heyətinin zenit-raket komplekslərinin (ZRK) idarə edilməsi vərdişlərinin təkmilləşdirilməsidir.
Məşqlərdə döyüş heyətləri "İldırım" ZRK-nin start mövqeyinə çıxarılması və döyüş tətbiqinə hazırlanması üzrə normativləri icra edirlər.