Əfqanıstan BTQ-yə maraq göstərir Siyasət

Əfqanıstan BTQ-yə maraq göstərir

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov BMT Baş Assambleyasının 69-cu sessiyası çərçivəsində 25 sentyabrda Əfqanıstan İslam Respublikasının xarici işlər naziri Zarar Əhməd Osmani ilə görüşüb.
Azərbaycan XİN-in mətbuat xidmətindən verilən məlumata görə, görüş zamanı Azərbaycan-Əfqanıstan münasibətlərinin cari inkişaf səviyyəsindən məmnunluq ifadə olunub.
Azərbaycanın iştirakı və təşəbbüsü ilə regionda həyata keçirilən layihələr, Bakı-Tiflis-Qars dəmir yolu layihəsi haqqında fikir mübadiləsi aparılıb və Əfqanıstanın xarici işlər naziri ölkəsinin Mərkəzi Asiya vasitəsilə bu dəhlizə çıxış əldə etməkdə maraqlı olduğunu deyib.
Görüşdə iki ölkə arasında müqavilə-hüquq bazasının genişləndirilməsi, Əfqanıstanda həyata keçirilən infrastruktur layihələrinə ölkəmizin cəlb olunması və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələləri müzakirə olunub.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.