Naqif Həmzəyev: Azərbaycan Türk dünyasının əsas dayaqlarındandır
17 Sentyabr 22:08
17 Sentyabr 22:08
17 Sentyabr 21:35
17 Sentyabr 20:47
17 Sentyabr 14:23
20 İyul 2020 20:47
2 695
Amerika Birləşmiş Ştatlarının paytaxtı Vaşinqtonda Azərbaycan Ordusuna dəstək aksiyası keçirilir.
Aksiya iştirakçılarının APA-ya verdiyi məlumata görə, Ermənistanın Vaşinqtondakı səfirliyi qarşısında keçirilən aksiyada Amerikada, xüsusilə də Nyu-York və Bostonda yaşayan azərbaycanlı fəallar iştirak edir.
Qeyd edilib ki, əvvəlcə Vaşinqtonda Konqres binasının qarşısında dinc aksiya keçirilib, orada heç bir şüar səsləndirilməyib: "Çünki bu aksiyaya icazə verilməmişdi, sadəcə 20-25 dəqiqəlik vaxt verilmişdi. Daha sonra təxminən 16-17 km-lik məsafədə bayraqlarla Ermənistan səfirliyi qarşısına yürüş olub. Aksiyada "Qarabağa azadlıq", "Qarabağ Azərbaycanındır", "Şəhidlər ölməz, Vətən bölünməz" şüarları səsləndirilir. Ermənistan səfirliyinin nümayəndələri polisdən aksiyanı dayandırmağını istəsə də, polis heç bir müdaxilə etmədi. Hazırda səfirliyin qarşısında dinc aksiya davam edir".
17 Sentyabr 19:51
714
17 Sentyabr 18:09
784
17 Sentyabr 17:32
1 071



