Ermənistan-Azərbaycan hərbi münaqişəsinin alovlanması ermənilərin faşist xislətini bir daha göstərdi - Deputat Siyasət

Ermənistan-Azərbaycan hərbi münaqişəsinin alovlanması ermənilərin faşist xislətini bir daha göstərdi - Deputat

Son dövrlərdə Ermənistan-Azərbaycan arasında olan hərbi münaqişənin alovlanması ermənilərin faşist və qorxaq xislətini bir daha göstərdi. İki yüz ildən artıqdır ki, erməni-daşnak quldur birləşmələri Azərbaycanlılara qarşı qətliamlar həyata keçirir, dinc əhaliyə divan tutur, “Böyük Ermənistan” yaratmaq xülyalarıyla yaşayaraq əsl simalarını ortaya qoyur. Demək olar ki, son 100 il həmyerlilərimizin taleyinə qaçqın və məcburi köçkün həyatı yaşamaq yazılıb. Tarix dəfələrlə ermənilərin dinc əhaliyə qarşı müharibəsinin, soyqırımın şahidi olub.

Bunu deputat Ceyhun Məmmədov deyib.

Deputatın sözlərinə görə, son hadisələrdə də təcavüzkar Ermənistan beynəlxalq hüququn əsas norma və prinsiplərini kobud şəkildə pozaraq dinc əhalinin sıx yaşadığı əraziləri atəşə tutmaqla mülki əhaliyə qarşı müxtəlif cinayətlər həyata keçirdi:

"Bu təxribatlar nəticəsində Tovuz rayonu, Ağdam kənd sakini 76 yaşlı Əzizov Əziz İzzət oğlu yaşadığı evdə odlu silah mərmisinin atılması səbəbi ilə həlak oldu. Bu ermənilərin ilk bu cür əməli deyil. 2016-cı il aprel döyüşlərində də biz eyni proseslərin şahidi olmuşduq. O zaman da erməni hərbi birləşmələri dinc əhalini, yaşayış məskənlərini,kəndləri müntəzəm olaraq atəşə tuturdular.

Lakin o zaman da Azərbaycanın qətiyyətli və güclü müqaviməti qarşısında aciz qaldılar.Onların məqsədi bəlli idi: Bölgədə asayişi pozmaq, münaqişə yaratmaq və daha sonra zərərçəkən tərəf kimi Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) –yə müraciət edib hərbi yardım istəmək. Ermənistanın həm keçmiş, həm indiki hakimiyyəti, həmçinin erməni ictimaiyyətinin KTMT-yə üzvlüyündən gözləntiləri əsasən hərbiləşdirilmiş gözləntilərdir. Ermənilərin əksəriyyətinin gözlədikləri odur ki, Azərbaycan-Ermənistan sərhəddindəki hər bir münaqişədən sonra KTMT Azərbaycana qarşı müəyyən təzyiqlər etməlidir. Lakin KTMT üzvlüyündə olan ölkələrin hər birinin Azərbaycanla yaxşı münasibətləri və həmçinin iqtisadi, siyası maraqları var. Təbii ki, belə olduğu təqdirdə bu ölkələrdən heç biri Ermənistana görə Azərbaycanla münasibəti pozmaq istəməz. Buna görə də , onların bura müraciəti nəticəsiz qalır, Ermənistan gözlədiyi cavabı ala bilmir.
Azərbaycan bu gün dünyada beynəlxalq aləmə sürətli inteqrasiya edən, öz dəsti-xətti ilə seçilən, iqtisadi və siyasi sabitliyini qoruyub saxlaya bilən bir ölkədir. Dünya ölkələri ilə gözəl münasibətləri var. Bu münaqişələr zamanı Azərbaycanı İslam Əməkdaşlıq Təşkilatı, Tükdilli Dövlətlərin Əməkdaşlıq Şurası, Qoşulmama hərəkatı yaxından dəstəklədi.

Qardaş ölkə Türkiyə növbəti dəfə də öz prinsipial, dəyişməz mövqeyini ortaya qoyub Azərbaycana yaxından dəstək oldu. Təbii ki, bütün bunlar ölkəmizin son illərdə artan iqtisadi, siyasi gücünün, beynəlxalq aləmdəki nüfuzunun nəticəsindədir. Ermənistanın beynəlxalq ictimaiyyət qarşısındakı düşdüyü aciz durum onların haqsız və ədalətsiz istəklərinin yekunudur. Əlbəttə, bir gün Azərbaycan bayrağı onun tarixi torpaqlarında dalğalanacqdır".