“Mahir Cavadov, sən cavab verəcəksən!” Siyasət

“Mahir Cavadov, sən cavab verəcəksən!”

Arif Paşa: "Qazaxıstandan gətirmək istədiyiniz 200 min separatçını Laçına buraxmadığımı həzm etmədiyini bilirəm"

Laçın özünümüdafiə alayının komandiri, polkovnik Arif Paşa Avstriyada mühacirətdə yaşayan Xətai rayonun keçmiş prokuroru Mahir Cavadova qarşı sərt açıqlama ilə çıxış edib:
Gün.Az xəbər verir ki, özünün Facebook profilində Mahir Cavadova ünvanlanan müraciətində Arif Paşa yazıb: "Vətənə, Üçrəngli bayrağa, Türkçülüyə nifrət edib, mənim bu dəyərlərə sevgimə görə mənə düşmənçilik edib, böhtanlar yağdıran Mahir Cavadov! Məcbur olub burada yazdım! Qazaxıstandan gətirmək istədiyiniz və Azərbaycanda separatçılıq fəaliyyəti ilə məşğul olacaq, 200 min nəfəri Laçına buraxmadığımı həzm etmədiyini bilirəm.
Amma ləyaqətsiz yazılar yazıb, gizlənmək kişilikdən deyil!!! Mən çox dözdüm! Mənə zəhər verməli olan aşpazı, məni güllələmək üçün tutduğun killeri, əliylə mənə yüz böhtanlar atdırdığın PKK-çını, H.Əliyevə guya sui-qəsd edəcəyim barədə yalan məlumatlar verib, məni guya Laçının işğalına aidiyyətli kimi həbs etdirməyini unutmaq istədim.
Sən qoymadın! Sənin çox az insana bəlli olan iç dünyan, xislətin buna imkan vermədi! Bu böhtanların cavabını verəcəksən! Şəhidlərin ruhuna and içirəm! Sən bu xalqa ancaq fəlakət gətirə bilərsən... Necə ki, zamanında gətirdin..."