Elxan Şahinoğlu Tofiq Zülfüqarovla niyə razılaşmadı? - VİDEO Siyasət

Elxan Şahinoğlu Tofiq Zülfüqarovla niyə razılaşmadı? - VİDEO

Ehtiyatda olan hərbi vəzifəli şəxslərin planlı şəkildə hərbi təlimə çağırılmaları, böyük əksəriyyət tərəfindən müharibə hazırlıq kimi dəyərləndirilir. Ancaq bu fikir rəsmi olaraq təsdiqlənmədiyi üçün, sadəcə ehtimal olaraq qalır. Ehtiyatda olan hərbi vəzifəli şəxslərin hərbi təlimə cəlb olunması sadəcə belə izah: "təlimlər "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikasının qanuna əsasən reallaşdırılır və bu, ilk dəfə deyil". Ümumilikdə isə, Prezident İlham Əliyevin yerli telekanallara son müsahibəsindən və bu açıqlamadan dərhal sonra qondarma rejimin başçısı Arutyunyanın İrəvana getməsi, erməni politoloqların bu müsahibəyə ciddi reaksiya verməsi onu deməyə əsas verir ki, Qarabağdan barıt iyi gəlir... Son günlərin ən diqqət çəkən məsələlərindən biri də budur ki, ABŞ-ın Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzi hesabat yayaraq, Rusiyanın məşhur "Vaqner" muzdlularının olduğu ölkələr içərisində Azərbaycan da var. Doğrudanmı belə bir hal olub? Doğrudanmı rəsmi Bakı müharibəyə hazırlaşır? Bu və bu ətrafda açıq qalan suallara politoloq Elxan Şahinoğlu cavab verib.