FHN-in karate komandasının üzvləri beynəlxalq turnirdə yüksək nəticələr əldə ediblər
İşğaldan azad edilən ərazilərdəki işlər tarixi ədalətin və mənəvi yaddaşın bərpasıdır
“Ölkəmiz xarici vasitəçilərin səmərəsiz fəaliyyəti fonunda müstəqil siyasət kursunu gücləndirdi”
Zəfərdən ədalət mühakiməsinə: Azərbaycanın yaratdığı tarixi reallıq – TƏHLİL
7 Oktyabr 2020 11:48
1 799
Ermənistanın indiki siyasəti fonunda Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ilə bağlı danışıqlar mənasızdır.
Bunu Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu TASS agentliyinə müsahibəsində deyib.
Səfir bildirib ki, Azərbaycanın Xarici işlər naziri Ceyhun Bayramovla Rusiyanın Xarici işlər naziri Sergey Lavrov arasında telefon danışığı zamanı tərəflərin tezliklə danışıqlar masasına qayıtmasının zərurəti vurğulanıb:
“Amma Ermənistan qoşunlarının hərbi əməliyyatların coğrafiyasını genişləndirdiyi, təxribatçı şəkildə Azərbaycanın Dağlıq Qarabağla sərhəd olmayan şəhər və rayonlarına hücum etdiyi, beynəlxalq hüququ kobud şəkildə pozduğu və əvvəl də dedyim kimi, hərbi cinayətlər işlədiyi bir vaxtda hər hansı danışıqların aparılması mənasızdır.
Prezident İlham Əliyev öz müsahibələrində açıq şəkildə bildirib ki, münaqişənin gərginləşməsinə görə bütün məsuliyyəti üzərində daşıyan Ermənistan beynəlxalq hüquqa əməl etmədikcə, beynəlxalq vasitəçilər ərazilərin işğalda azad olunmasına ciddi təminatlar vermədikcə və qoşunların Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmasının konkret cədvəli təqdim olunmadıqca hərbi əməliyyatların başa çatması və hər hansı danışıqlar mümkün deyil”.
15:09
406
14:49
448
14:38
427
Rəqəmlər, ekspert fikirləri və dövlətin mübarizə mexanizmləri erkən evliliklərlə bağlı hansı mənzərəni ortaya qoyur? - ARAŞDIRMA