“Məktəblərdə aqressiyanın kökü cəmiyyətdədir”
27 Oktyabr 16:10
27 Oktyabr 16:10
27 Oktyabr 15:06
27 Oktyabr 12:49
27 Oktyabr 12:16
ABŞ şatdaun səbəbilə nüvə silahlarının hazırlanmasında illərini itirə bilər
Xocavəndin Qırmızı Bazar qəsəbəsi və Sos kəndinə növbəti köç karvanları yola salınıb
Yaponiya və ABŞ arasında münasibətlərin yeni qızıl dövrü haqqında saziş imzalanıb
Türkiyə Britaniya ilə ticarət həcmini 40 milyard dollara çatdırmağı planlaşdırır
16 Oktyabr 2020 15:30
1 680
Avstraliya-Azərbaycan-Türk Dostluq Birliyinin sədri İmaməddin Qasımovun təşəbbüsü ilə azərbaycanlılar Avstraliya İttifaqının Sidney şəhərində bir araya gəliblər.
Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, soydaşlarımız Azərbaycanın ərazi bütövlüyünün təmin olunması uğrunda canlarından keçən şəhidlərimizin ruhuna yasin oxutdurub, yaralılara şəfa diləyiblər.
Daha sonra soydaşlarımız məscidin qarşısına toplaşaraq ictimaiyyətin diqqətini Ermənistan silahlı qüvvələrinin Gəncə şəhərində və Azərbaycanın cəbhə bölgəsindən uzaqda yerləşən yaşayış məntəqələrində törətdikləri vandalizm aktları barədə məlumatlandırıblar. Azərbaycan bayraqlarının dalğalandığı tədbirdə Ermənistanın qəsdən dinc mülki əhalini hədəfə almasını pisləyən şüarlar səsləndirilib.
Aksiya zamanı ermənilərin təxribat xarakterli addımının qarşısı da alınıb. Belə ki, Gelibolu məscidinin qarşısında magistral körpünün tam ortasında ermənilərin yerləşdirdiyi təxribat xarakterli baner dərhal aradan qaldırılıb.
Ümumilikdə Sidney şəhəri üzrə 5000 nəfərə yaxın insan Ermənistan tərəfindən Azərbaycana qarşı törədilən haqsızlıqlarla bağlı məlumatlandırılıb.
27 Oktyabr 18:43
1 197
27 Oktyabr 18:13
1 239
27 Oktyabr 17:55
1 218