“Ermənistanın müqavimət gücü qalmayıb” Siyasət

“Ermənistanın müqavimət gücü qalmayıb”

Turab Rzayev: Muzdlular Ermənistanın köməyinə çata bilməz”

“Ermənistan müharibə cinayətləri törətməkdə davam edir. Bunu hətta az qala rəsmi şəkildə də etiraf edirlər. Xatırlayırsınızsa daha əvvəl Dağlıq Qarabağ separatçı xuntasının hərbçiləri Rusiya telekanalına verdiyi müsahibədə, Azərbaycan şəhərlərini, mülki hədəfləri vurub, panika yaratmağın vacibliyindən danışmışdı. İndi isə separatçı respublika rəhbərliyi yeni üsula əl atıb: məhz bizim silahlar köhnədir, sovet silahlarıdır, ona görə atanda təsadüfən sivil əhali yaşayan yerlərə düşə bilər. Azərbaycan atdığı silahlar isə müasir texnologiyalı silah olduğuna görə, Azərbaycan sivilleri ancaq qəsdən vurur. Belə gülünc iddia ilə əslində, Gəncəni vurduqları o raketi atmadan sivilləri vuracaqlarını bildiklərini etiraf edirlər. Axı necə ola bilər ki, yarım milyondan çox əhali yaşayan şəhərin düz ortasına 120 metr hədəfdən yayına bilən taktik raket atasan və müılki insanları vuracağını bilməyəsən”. Bunu “Xalq Cəbhəsi”nə açıqlamasında analitik Turab Rzayev deyib. O bildirb ki, xüsusilə, Bərdə şəhərində kasetli bombadan istifadə edilməsi artıq Ermənistan rəhbərliyi üçün heç bir etik səddin qalmadığını göstərir: “Ermənistan özü kasetli bombadan istifadəni qadağan edən BMT konvensiyasına və insan hüquqları ilə bağlı, eyni məsələni qadağan edən bir çox konvensiyanı imzalayıb.
Ən son əlimizdə olan məlumatlara görə isə, Ermənistan Qarabağdakı erməni əhaliyə qarşı fosfor silahı tətbiq etmək istəyir ki, daha sonra bununla əlaqədar bizi dünyaya müharibə cinayəti törədən ölkə kimi təqdim etsinlər.
Bütün bunlar, artıq Ermənistan üçün müharibənin bitdiyini, onların müqavimət gücünün qalmadığını göstərir. Belə ki, artıq Livandan, Suriyadan, Fransa və Kanadadan gələn muzdlular da Ermənistanın köməyinə çata bilməz. Birincisi, bu insanların çoxu elə erməni əsilli olanlardı. Daha sonra, bu insanlar çoxu müharibə görməyib, müharibə təcrübəsi yoxdur. Romantik hisslərlə Qarabağa gəlirlər, gördükləri reallıq, təsəvvür etdikləri ilə üst-üstə düşmür. Elə ona görə də çox vaxt ya geri dönürlər, ya da, elə erməni separatçıları ilə yola gedə bilmirlər”.
Onun sözlərinə görə, daha bir nüans isə artıq insan gücünün Ermənistanın köməyinə çata bilməməsidir: “Müharibənin ilk günlərində biz daha çox, qrad qurğularını, HHM sistemlərini, tank və yük maşınlarını vururduqsa, indi əsasən artilleriya vasitələrini vururuq. Ermənilərin biz tərəfdə qorxu yaratmaq, və yaxud şanlı ordumuzun irəliləyişini durdurmaq üçün əllərində qalan yeganə vasitə artilleriyadır. Əgər onun da itirsələr, yalın əllə, avtomatla döyüşməli olacaqlar. Onda isə nə qədər əlavə muzdlu çağırmağın mənası olmayacaq”.

Əli