Ermənistan iddialarını beynəlxalq ictimai rəyə sırıya bilmir, obyektiv KİV-lərə təzyiq etməyə çalışır - Ekspert Siyasət

Ermənistan iddialarını beynəlxalq ictimai rəyə sırıya bilmir, obyektiv KİV-lərə təzyiq etməyə çalışır - Ekspert

Təcavüzkar Ermənistan, erməni diasporu və uzun illərdən bəri “erməni xəstəliyi”ndən öz korporativ maraqları üçün yararlanan dairələr işğalçı ölkənin düyüş meydanında məğlub olduğunu qəbul edə bilmədikləri kimi, informasiya məkanında uduzmasını da yaxın buraxmaq istəmirlər. Çünki 100 ilə yaxın tarixi olan, son 33 il ərzində isə intensiv mərhələyə keçən böyük bir layihə göz önündəcə məhv olur.

Bunu Trend-ə siyasi şərhçi Elçin Mirzəbəyli deyib.

E.Mirzəbəyli bildirib ki, bu iflasdan sonra isə məğlubiyyətdən doğan boyük bir boşluq, uzun illərdən bəri “beyinləri yumaq” üçün istifadə edilən ultramillətçi, klassik faşizmin əsasını, bünövrəsini təşkil edən ariizm ideologiyasının iflasa uğramasının, puç olmasının geridə buraxdığı izlər qalacaq:

“Təsəvvür edin, qısa bir zamandan, yəni tam məğlubiyyətdən sonra ermənilər mövcud olduqları mübahisəli zaman kəsiyində boş və həyata keçirilməsi heç zaman mümkün olmayan qondarma bir ideyanın arxasınca süründüklərini, yalançı “peyğəmbərlər”in arxasınca yürüdüklərini, normal, sivil, mədəni bir cəmiyyət qurmaq, insan kimi yaşamaq əvəzinə başqalarına nifrət üzərində kökləndiklərini və həyatlarını cəhənnəmə çevirdiklərini anlayacaq. Bundan sonra isə ağır və dərin depressiya dövrü başlayacaq.

Təəssüf ki, Ermənistan cəmiyyətində, bütövlükdə isə ermənilər arasında onların faciələrinin əsl səbəbini açıq şəkildə dilə gətirə və toplumu öz arxasınca apara biləcək insanların sayı çox azdır. Olanların da bir hisisəsi bu və ya digər etiraflarını məcburiyyət qarşısında edirlər. Reallıq isə ondan ibarətdir ki, uzun illərdən bəri dünyanın ən nüfuzlu kütləvi informasiya vasitələrinə nüfuz edən, informasiya məklanında üstün mövqelərə sahiblənən, himayə olunan ermənilər Azərbaycan Prezidenti İlham Əliyevin xarakteri və zəkası qarşısında aciz qaldıqlarını həzm edə bilmirlər və bu onların daha çox aqressiya püskürmələrinə zəmin yaradır.

Azərbaycan Prezidenti nüfuzlu xarici mediaya çoxsaylı müsahibələri, ölkəmizin uğurlu kommunikasiya siyasəti dünyada erməni yalanlarının ifşa olunması, Ermənistan-Azərbaycan münaqişəsinin tarixi, Ermənistanın işğalçı siyasəti və hazırda gedən hərbi əməliyyatlar haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırlmasını təmin edir. Nəzərə almaq lazımdır ki, bu siyasət 100 ilə yaxın bir müddət ərzində daşlaşmış stereotiplərə, mövqelərə qarşı aparılır və onları darmadağın edir.

Bu siyasətinin nəticəsidir ki, dünyada erməni yalanlarının yayılmasının qarşısı alınır, düşmən dövlət daha əvvəlki kimi öz iddialarını beynəlxalq ictimai rəyə sırıya bilmir. Ermənistanın, erməni lobbisinin Azərbaycanın haqlı mövqeyi ilə bağlı obyektiv yanaşma sərgiləyən KİV-lərə, o cümlədən Fransanın TF1 kanalına, “New-York Times” nəşrinə, CNN-ə, “La Reppublica”-ya olan təzyiqlərini təməlində də klassik yalanlarının ayaq tutub yeriməməsi, “məzlum” maskası arxasında gizlədilən yırtıcı obrazlarının ifşa olunması dayanır.

Azərbaycan Prezidenti və onun komandasın üzvləri müsahibə zamanı konkret tərəfin mövqeyini ifadə edən, bəzən peşə etikası kodeksinə məhəl qoymadan az qala prokuror kimi suallar verən, xüsusi olaraq təlimatlandırılmış jurnalistlərin suallarına belə səbrlə, təmkinlə, faktlarla və məntiqlə cavab verdikləri halda, Ermənistanın siyasi rəhbərliyi, erməni diasporunun təmsilçiləri tamamilə tərəfsiz mövqedən çıxış edən, yalnız gördüklərini, həqiqətləri ifadə edən KİV-ləri və onların təmsilçilərini terrorla təhdid etməkdən belə çəkinmirlər. Bax budur Ermənistanın, ermənilərin gerçək siması. Bütün bunlar ermənilərin söz və ifadə azadlığına olan gerçək münasibətini nümayiş etdirir. Həmçinin sübuta yetirir ki, ermənilər yaşadıqları cəmiyyətlərə inteqrasiya oluna bilmirlər, sivil, mədəni birgəyaşayış prinsipləri onların təfəkkürünə yaddır”.