
Sabiq deputat İbrahim İbrahimli vəfat edib.
Bu barədə APA-ya onun kürəkəni Toğrul İsmayıl məlumat verib.
Bildirilib ki, İ.İbrahimli səhərə yaxın dünyasını dəyişib. O, bu gün Bakıda dəfn ediləcək.
Qeyd edək ki, İ.İbrahimlidə 3 həftə əvvəl xərçəng xəstəliyi aşkarlanmışdı.