“Avropa İran cəbhəsinə girmir”
19 Mart 23:01
19 Mart 23:01
19 Mart 22:25
19 Mart 21:47
19 Mart 21:43
12 İyul 2021 15:35
2 961
İyulun 13-də Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidovun başçılığı ilə deputatlar Asim Mollazadə, Nigar Arpadarai, Nəsib Məhəməliyev və Erkin Qədirli Türkiyə Böyük Millət Məclisinin Xarici əlaqələr komissiyasının sədri Akif Çağatay Kılıçın dəvəti ilə Ankaraya səfərə yola düşəcəklər. Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən xalqcəbhəsi.az-a verilən məlumata görə, deputatları burada 15 iyul 2016-cı il tarixində Türkiyədə baş vermiş dövlət çevrilişi cəhdinin beşinci ildönümü münasibətilə keçiriləcək tədbirlərə qatılacaq, 15 iyul şəhidlərinin xatirəsini anacaqlar. Tədbirlərdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Mustafa Şəntop və hadisə şahidlərinin çıxışları dinləniləcək. Deputatlarımız 15 iyul hadisələri zamanı TBMM-in binasının zərər görmüş hissəsinə gedəcək, burada şəhidlərin xatirəsinə güllər düzəcək və sərgi ilə tanış olacaqlar.
Səfər çərçivəsində Azərbaycan parlamentinin nümayəndələri Anıtkabiri və Heydər Əliyev Parkını da ziyarət edəcək, TBMM-də fəaliyyət göstərən bir sıra komitələrdə və dostluq qrupunda deputat həmkarları ilə görüşəcək, fikir mübadiləsi aparacaqlar.
Səfər iyulun 16-da başa çatacaq.
20 Mart 19:24
3 444
20 Mart 09:57
1 582
20 Mart 09:51
1 435