“Bu səfərlər kimin içində nə olduğunu üzə çıxarır”-Sahib Alıyev Siyasət

“Bu səfərlər kimin içində nə olduğunu üzə çıxarır”-Sahib Alıyev

“ABŞ-ın Ermənistandakı səfiri Linn Treysi və USAİD-in rəhbəri Con Alellonun Qərbi Zəngəzura səfərləri onu göstərir ki, Vaşinqtonla Tehran hələ ölməmiş ayının dərisi (forpostu) uğrunda ən azından diplomatik təmsilçilikləri səviyyəsində yarışa başlayıblar”. Xalqcəbhəsi.az xəbər verir ki, bu fikirləri millət vəkili Sahib Alıyev qeyd edib: “Xatırladaq ki, avqustun 3-də İranın Ermənistandakı səfiri Abbas Bədaxşan Zohuri Göyçəyə gedərək oradan düşmən ölkənin ordusunun generalı ilə birlikdə binoklla bizim Kəlbəcərdəki mövqelərimizə boylanmışdı.
Bu, Treysinin elə eyni marşrut üzrə səfərini təkrarlamaq idi. Yəqin yenə də ağeyi Zohuri oxşar addım ataraq bir neçə gündən sonra Zəngəzurun indi Ermənistanın sayılan, amma qədim yurd yerimiz olaraq bizim mütləq qayıdacağımız hissəsində görünəcək.
Ancaq bu səfərlər çətin ki, kimin içində nə olduğunu, könlündən nə keçdiyini üzə çıxarmaqdan başqa hər hansı əhəmiyyətli dəyişikliyə yol açsın. Azərbaycan ordusu sərhəddəki mövqelərimizi durmadan möhkəmləndirir, forpostun yiyəsi isə onu nə kimsəyə peşkəş etmək fikrindədir, nə də əldən verəcək qədər zəifdir”.