14 İyun 2024 13:29
9 191
Təbrizin Kəsayi magistral yolunda növbəti dəfə ağır yol-nəqliyyat hadisəsi baş verib.
Gunaz.tv
Bu barədə Şərqi Azərbaycanın Təcili Yardım Mərkəzinin sözçüsü Vəhid Şadiniya məlumat yayıb.
Beton qarışdıran maşının minik avtomobilinin üstünə aşması nəticəsində biri Nilay adlı 3 yaşlı qız olmaqla 3 nəfər ölüb, 4 nəfər isə ağır yaralanıb.
Qeyd edək ki, uzun illər əvvəl salınmasına baxmayaraq, hələ də təkmilləşdirilməyən Təbrizin Kəsayi magistralı ən çox yol qəzalarının baş verdiyi yer kimi məşhurlaşıb.
İşıqlandırma, yol qovşaqları, zolaqları və nişanlarının quraşdrılmadığı magistral, təbrzlilər arasında "ölüm magistralı" kimi tanınır.
Bir müddət əvvəl yanacaq daşıyan tankerin minik avtomobilinə çırpılması nəticəsində iki uşaq yanaraq öldü. anaları isə xəstəxanaya çatdırılandan sonra həyatını itirdi.
Magistral yolun təkmillədirilməsi ilə edilən müraciətlər cavabsız qalıb. verilən vədlər özünü doğrultmur.
15 Sentyabr 13:41
1 134
15 Sentyabr 13:40
1 022
15 Sentyabr 13:40
987
Rəqəmlər, ekspert fikirləri və dövlətin mübarizə mexanizmləri erkən evliliklərlə bağlı hansı mənzərəni ortaya qoyur? - ARAŞDIRMA