Əbu-Dabidə Ukrayna üzrə danışıqlar başa çatıb
5 Fevral 16:52
5 Fevral 16:52
12 Sentyabr 2024 12:10
9 723
Təbriz şəhərinin mərkəzində yerləşən tarixi Gülüstan bağında uzun ömürlü ağaclar kəsilir, yaşıllıq zolağı məhv edilir.
Gunaz.tv
Bu barədə yerli ekofəallar məlumat yayıb.
"Təbriz bələdiyyəsi Gülüstan bağı ərazisinin 1000 kvadrratmetrini təhlükəsizlik orqanlarından birinin ixtiyarına verib. Bundan sonra tarixi parkda ağaclar kəsilib və yaşıllıq zolağının məhv edilməsi davam edir",- məlumatda bildirilib.
5.2 hektar ərazisi olan və şəhərin mərkəzində yerləşən Gülüstan bağı Təbrizin, ümumilikdə isə İranın ən qədim şəhərdaxili parklarından biri sayılır.
Bir sıra tarixi qaynaqlarda hazırkı Gülüstan bağının ərəblərin Azərbaycanı işğalından sonra Abbasi xəlifəsi Harun ər-Rəşidin həyat yoldaşı Zübeydə Xatunun Təbrizə səfəri zamanı salındığı yazılıb. 20-ci əsrin əvvəllərində yenidən park kimi istifadəyə verilən Gülüstan bağı bir çox siyasi və ictimai hadisələrin şahidi olub.
Burada Azərbaycan və Təbrizin siyasi, ictimai və mədəni həyatında əhəmiyyətli rol oynayan yığıncaqlar, mitinqlər keçirilib.
1961-ci ildə İranda qastrol səfərində olan Rəşid Behbudovun Gülüstan bağındakı konserti yaşlı təbrizlilərin yadında qalan ən əhəmiyyətli mədəni hadisələrdən biridir.
5 Fevral 12:15
1 372
5 Fevral 10:39
1 316
3 Fevral 20:53
2 170