Ərdəbil şəhərində divarlara posterlər yapışdırılıb Güney Azərbaycan

Ərdəbil şəhərində divarlara posterlər yapışdırılıb

24 iyun 2025-cü ildə Azərbaycan Milli Hərəkatının fəalları Ərdəbil şəhərində fars şovinizminin Güney Azərbaycanda müstəmləkəçilik və istismarçılıq siyasətinə qarşı vərəqələr paylamış və divarlara yapışdırmışdırlar.

Gunaz.tv

Bu tədbir rejimin Güney Azərbaycanda həyata keçirdiyi sömürgəçi və istismarçı siyasətlərə və "Dinc yanaşı yaşama" adı altında Azərbaycan xalqının öz doğma yurdundan sıxışdırılıb çıxarılması və yumşaq işğal fəaliyyətlərinə qarşı yönəlib.

Bildirilib ki, şüurlu və qəhrəman Azərbaycan xalqı Babək Qalasının qurultay dastanında, 2006-cı il tarixi iyun qiyamında, 2025-ci ilin 22 mart Urmu dastanında olduğu kimi fars şovinizminin və işğalçı mühacirlərin bütün planlarını məhv edəcək, heç bir işğalçılığa imkan verməyəcək.

Bəyanatda Azərbaycanın yeraltı sərvətlərinin, o cümlədən, zəngin qızıl mədənlərinin talanması, çaylarının və göllərinin qurudulması, su ehtiyatlarının çirkləndirilməsi, dilinin aşındırılması, Azərbaycan torpaqlarında aparteid rejiminin qurulması məsələlərinə toxunulub.

Son olaraq Azərbaycan milli hərəkatının fəallarının, xüsusən də Qərbi Azərbaycanda, qəhrəman Urmu xalqının səyi nəticəsində baş vermiş 2025-cü il 22-ci mart eyləmlərinə toxunaraq, işğalçı mühacir ifratçılara, onların havadarlarına və silahdaşlarına heç bir güzəşt edilməyəcəyi qeyd ediblər.