Babək qalasına gedərkən tutuqlanan fəallar barəsində yeni məlumat Güney Azərbaycan

Babək qalasına gedərkən tutuqlanan fəallar barəsində yeni məlumat

Dünən bir qrup azərbaycanlı fəal ailələri ilə birlikdə gəzmək məqsədi ilə Əhər, Meşginşəhr və Ərdəbildən Kəleybər şəhərinə yola düşüblər.
Həmin fəalların olduğu avtobus (otobus) Ərdəbil-Meşginşəhr yoxlama məntəqəsində saxlanılıb. Məlumata görə, mülki geyimli (şəxsi geyimli) polislərlə milli-mədəni fəallar arasında ciddi mübahisə yaranıb və bundan sonra fəallar məmurlar tərəfindən yaxalanıb və ayrı-ayrı maşınlarla Ərdəbilə qaytarılıb. Lakin Ərdəbildə bütün fəallar sərbəst buraxılıb. Bundan sonra ərdəbilli fəallar ailələri ilə birlikdə Kəleybər şəhəri və Babək qalasına qayıdıblar. Bu gün, məmurlar sayıları 100-dən çox olduğu bildirilən fəalların yolunu kəsib və qanunsuz olaraq onların geyimi və şəxsi əşyaları üzərində axtarış aparıb. Məmurlar aralarında yaranan ciddi mühabisədən sonra Aydın Zakiri, Meysəm Colani, Murtaza Pərvin, Həbib Nigəhban, Murtaza Qudrəti və s. kimi fəalları yaxalayıb və onları digər fəallardan ayırıblar. Məlumata görə, məmurlar adlarını qeyd etdiyimiz fəalların bəzi sənədləri və pullarını alıb, sonra sərbəst buraxıblar.