"Ölkəmiz xarici investorlar üçün etibarlı tərəfdaşa çevirib"
28 Sentyabr 15:53
28 Sentyabr 15:53
28 Sentyabr 14:15
28 Sentyabr 13:53
28 Sentyabr 13:24
SEPAH: İran müdafiə üçün yeni silahlar hazırlamağa davam edir
FHN: Dənizdə batdığı ehtimal edilən 3 nəfərin axtarışları davam edir
Aİ-də qaz anbarlarında doluluq səviyyəsi son 15 ilin minimumuna enib
Çimərliklərdə ən çox boğulma təhlükəsi olan ərazilər açıqlanıb
FHN: Bu il suda boğulma təhlükəsi ilə üzləşən 107 nəfər xilas olunub
7 Fevral 2025 12:20
5 579
Azərbaycan Respublikası Atçılıq Federasiyasının təşkilatçılığı ilə “Sərhədçi” kuboku uğrunda konkur yarışları keçirilib.
Dövlət Sərhəd Xidmətindən verilən məlumata görə, Sərhədçi Atçılıq Mərkəzində reallaşan “E” kateqoriyası üzrə 90 santimetr və “L” kateqoriyası üzrə isə 115 santimetr hündürlükdə qurulan maneələrdən ibarət yarışda Azərbaycanın müxtəlif atçılıq klublarından 20 yaşadək idmançılar yaş məhdudiyyəti qoyulmayan atlarla, 20 yaşdan yuxarı idmançılar isə 6 yaşadək olan atlarla iştirak ediblər.
17 idmançının yarışdığı “E” kateqoriyasında baş tutan mübarizədə Respublika Atçılıq və Müasir Beşnövçülük üzrə İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbinin (RAMBİOEUGİM) təmsilçisi Valeriya Roşenko “Şəhzadə” ləqəbli atla birinci, “Sərhədçi” atçılıq klubunun təmsilçisi Gülay Fərzəliyeva “Nabab De Belou” ləqəbli atla ikinci, RAMBİOEUGİM-in digər təmsilçisi Ayan Fərəcova “Tibet” ləqəbli atla üçüncü, “Sərhədçi” atçılıq klubunun təmsilçisi Qəzənfər Fərzəliyev “Əsanə” ləqəbli atla dördüncü, RAMBİOEUGİM-in daha bir jokeyi Amena Qonizzi isə “Pur-Pur” ləqəbli atla beşinci yeri tutub.
“L” kateqoriyasında yaş məhdudiyyəti olmadan 14 idmançının mübarizə apardığı yarışda “Sərhəçi” atçılıq klubunun təmsilçiləri Ramil İbrahimov “Şirin” ləqəbli atla birinci, eyni klubun təmsilçisi Gülay Fərzəliyeva ikinci, “Elite” atçılıq klubunun təmsilçisi Aydan Ağayeva “Zirvə 2” ləqəbli atla üçüncü, eyni klubun təmsilçisi Anar Hümbətov “Damla” ləqəbli atla dördüncü və “Omar” atçılıq klubunun təmsilçisi Kənan Novruzov isə “Savalan” ləqəbli atla beşinci olublar.
“M*” koteqoriyası üzrə 120 santimetr hündürlükdə qurulan maneələrdən ibarət yarışda yaş məhdudiyyəti qoyulmayan atlarla 8 idmançı qüvvəsini sınayıb.
Mübarizənin yekununda “Elite” atçılıq klubunun təmsilçisi Anar Hümbətov “Damla” ləqəbli atla birinci, “Buta Golden” atçılıq klubun təmsilçisi Eqor Morotski “Astrello” ləqəbli atla ikinci, Aydan Ağayeva isə “Zirvə 2” ləqəbli atla üçüncü yerə layiq görülüb.
Sonda hər üç kateqoriyada qaliblərə “Sərhədçi” kuboku, ikinci və üçüncü yerlərin sahiblərinə medal və Azərbaycan Respublikası Atçılıq Federasiyasının fəxri diplomu təqdim edilib.
10:54
406
10:54
364
25 Sentyabr 15:27
1 652