Rzai: "İqtisadi müharibə sürərsə, bir damla da neft ixrac edilməyəcək" Gündəm

Rzai: "İqtisadi müharibə sürərsə, bir damla da neft ixrac edilməyəcək"

İrana iqtisadi sahədə təzyiq göstəriləcəyi təqdirdə, Tehran Fars körfəzi ölkələrindən neft ixracının qarşısını almağa hazırdır.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə İranın Ali Milli Təhlükəsizlik Şurasının rəhbəri Möhsün Rzai bəyan edib.

"Əgər iqtisadi müharibə davam edərsə, neftin bir damlası belə nə Hörmüz boğazı vasitəsilə, nə də ümumilikdə Fars körfəzi regionundan ixrac edilə bilməyəcək", – deyə Rzai bildirib. Onun sözlərini "Press TV" telekanalı sitat gətirib.

O, həmçinin xəbərdarlıq edib ki, Tehran digər ölkələrin ABŞ-nin İran iqtisadiyyatına təzyiq göstərmək planlarına dəstək verməsini müharibə aktı kimi dəyərləndirəcək.

Məryəm Quliyeva