08:07
434
ABŞ administrasiyası avqustun 24-də İrana qarşı "maliyyə hücumuna" keçməyi planlaşdırır.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə avqustun 23-də ABŞ-nin maliyyə naziri Skott Bessent bildirib.
"Biz İrana qarşı müharibənin yekun mərhələsinə qədəm qoyuruq. Səhər tezdən "D günü" – bir rəqibə qarşı indiyədək həyata keçirilmiş ən miqyaslı maliyyə hücumu başlayacaq", – deyə ABŞ Maliyyə Nazirliyinin rəhbəri "X" sosial şəbəkəsində yazıb. "ABŞ Prezidenti Donald Tramp əvvəllər əl atmağa ehtiyac duymayacağımızı düşündüyümüz bütün qurumların, strukturların və səlahiyyətlərin cəlb edilməsi üçün şərait yaradıb", – deyə Bessent iddia edib.
Məryəm Quliyeva